
"Elə bir vəziyyətə düşmüşdüm ki, hər an infarkt keçirə bilərdim" - Ukrayna cəbhəsində jurnalisti sarsıdan hadisə
- Deyəsən gəlməsiniz? İlk dəfə görürəm.
- Deyəsən gəlməsiniz? İlk dəfə görürəm.
- Dünən gəlmişəm..
- Hərbçisinizz?
- Yox. Jurnalistəm. Xarici jurnalist. Bir-iki günlüyə burada mənzil tutmuşam. Siz burada yaşayansınız?
- Buralıyam. Baxmutdanam. İki ildən çoxdur Kramatorska köçmüşəm. Ailəmlə. Adım Sergeydir - deyə, binanın girişində əyləşdiyi oturacaqdan qalxıb yaxınlaşıb əlini uzatdı. Əlini sıxıb mən də tanışlıq verdim. 50-55 yaşında ortaboylu ukraynalı idi. Baxmayaraq ki, hələ aprel idi, hava çox isti olduğu üçün evə qalxıb əynimi yenidən dəyişib daha nazik geyinmək istədim. Çünki, bir azdan hərbçilər gələcəkdi və cəbhə bölgəsinə yaxınlaşıb axşama kimi orada olacaqdıq. Bu, o demək idi ki, axşama kimi əynimdə əlavə zirehli jilet də olacaqdı. Onun ağırlığı və istisi isə daha sərt olurdu. 2023-cü ilin apreli də sanki yay kimi gəlmişdi...
Əynimi bir az da nazik geyinib aşağı düşdüm. Sergey hələ də aşağıda idi. Çəkiliş çantamı yerə qoyub yanında əyləşdim. Hərbçilərin gəlməyinə hələ beş-on dəqiqə vardı. Söhbətə davam etmək istəyirdim ki, özü sualla yenidən başladı:
-Yolunuz hansı tərəfədir?
- Liman tərəfə. Amma dəqiq deyə bilmərəm, yəqin başa düşürsünüz.
- Heç lazım da deyil dəqiqi. Yolüstü məni Slavyanska qədər çatdıra bilərsiniz?
- Mən məmuniyyətlə. Amma məni hərbçilər gəlib aparacaqlar, öz maşınım yoxdur. Onlardan xahiş edərəm. Nə əcəb ora gedirsiniz? Orada demək olar ki, hər gün vururlar...
- Ölən qardaşımın evi var orada. Hər şeyi daşıyıb gətirmişik. Bir-iki şey qalıb, onu çıxarmalıyam, - deyə cibindən papiros çıxarıb, yandırıb dodaqlarının arasına qoyaraq davam edir:
- Biz üç qardaş idik. Baxmutda mənzillərimiz də yanaşı idi. Burada Donbas münaqişəsi donanda, normal işlərimizi davam edirdik. Yaxşı biznesimiz vardı. Ortancıl qardaşım tez-tez Rusiyaya, sərhədyanı yerlərə meyvə-tərəvəz daşıyıb satırdı. Az sonra o da orada ev aldı. 2020-ci ildə o da Rusiyadakı evinə köçdü. Bizim heç vaxt ağlımıza gəlməzdi ki, Rusiya ilə belə birbaşa müharibə olacaq. Düşünürdük ki, Donbas münaqişəsi donubsa, tezliklə o da həll olacaq.
İndiki müharibədən bir iki ay əvvəl mən burada, Kramatorskda, kiçik qardaşım Slavyanskda mənzillər aldıq. Mən köçdüm Kramotorska, o qaldı Baxmutda. Müharibə başlayana qədər Rusiyaya köçüb yaşayan qardaşımla ailəvi təmasımız var idi. Hər gün danşırdıq. 2022-ci ilin martın əvvəlindən qəfil onunla da əlaqə itdi. Daha doğrusu müharibənin ilk günlərində bir-birimizdən hal-əhval etsək də, sonrakı günlər o və arvadı nə zəngimizə cavab verdilər, nə də internetdə tapılırdılar. Sonra başımız burada özümüzə qarışdı. 2022-ci il martın 8-də isə çox ağır oldu. Baxmutda qardaşımgilin mənzilinə artilleriya mərmisi düşdü. Bir uşağı və arvadı ilə birlikdə yerindəcə öldülər. Səhər erkən vurulmuşdular deyə, yataqdaca ölmüşdülər. Gətirib burada Kramatorskda dəfn etdim hamısını... - sözünə ara verib dərin nəfəs almışdı ki, mənə zəng gəldi. Hərbçilər idi. Çatırdılar.
Sözümü yerə salmayan hərbçilər Sergeyi də Slavyanska götürdülər. Yolboyu Slavyanska qədər ancaq onunla söhbətləşdik. Kramatorskdan Slavyanska 18-20 kilometrdir. Şəhərə çatanda bütün Slavyansk tüstüləyirdi. Qabaqda oturan hərbçilərdən biri dedi ki, gecə səhərə qədər Slavyansk, Limana doğru bütün qəsəbələrdə yerdən, havadan ağır döyüşlər gedib. Biz çatanda sakitlik olsa da, gecədən xaraba qalan küçələrin alovu, tüstüsü ətrafı bürümüşdü. Təbii ki, dərhal çəkilişə başladım. Sergeyin qardaşının mənzili olan evə çatdıq. Ev demək olar ki, dağılmışdı. Sergey söyüşlərlə əsəbi şəkildə deyinməyə başladı. Maşının dayanmağı ilə yerə tullanıb, dağılmış binanın girişlərindən birinə girib yox oldu. Mənzilə qalxırdı. Mən də ərazidə çəkiliş etməyə başladım. 10-15 dəqiqə keçməmiş, Sergey əlində bir qutu geri döndü. Onu irəli uzadaraq "Lənətə gəlmişlər onun buradakı evini də dağıtdılar. Ancaq bunu salamat tapa bildim" deyə kövrəlib ağlamağa başladı.
Hərbçilər və mən onu sakitləşdirməyə çalışdıq. Axıradək gözlədik. Sakitləşəndə ondan əhvalatını və bu dağıntıları, onun özünü çəkməyi xahiş etdim. Razılaşdı. Əvvəldən axıra qədər çəkdim. Hətta Rusiyadakı qardaşına - adı Anatolidir - mənim çəkilişim vasitəsi ilə çağırış etdi ki, onu tapsın. Hamısını çəkdim. Ondan ayrılıb Liman şəhərinə doğru hazırlaşdıq. Təklif etdik ki qayıdanda götürək, dedi ki, bizi gözləmək gec olacaq, özü Kramatorska çıxan polislərlə qayıdacaq.
Limana yaxınlaşıb kəndlərdə çəkilişlər etdim. Amma döyüşlər getdiyindən şəhərə girə bilmədik. Daha doğrusu, inad etsəm də hərbçilər razılaşmadılar. Erkəndən Kramatorska geri qayıtdıq.
Məni qaldığım evin yanında düşürüb getdilər. Sabah səhərə yenidən vədələşdik ki, məni götürsünlər.
Vaxtdan istifadə edib, burada qalan azərbaycanlılarla görüşmək üçün şəhərə çıxmağı qərara aldım. Taksi sifariş etdim. Gəlib götürdü, təxminən 5-10 dəqiqə yol getdik. Çatıb azərbaycanlılarla görüşdüm, oturub söhbətləşəndə, gördüklərimi onlara danışanda çəkiliş etdiyim telefonu çıxarıb şəkillər göstərmək istəyəndə tapmadım.
Müharibənin əvvəlindən, əsasən də cəbhə bölgələrində, tək etdiyim çəkilişləri ayrıca iritutumlu
Oxşar Xəbərlər
DünyaAlyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
DünyaBruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
DünyaRoma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.
DünyaMoskvada həkimlər burnuna açıq sancaq ilişən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskvada həkimlər iki yaşlı uşağın burnunda ilişib qalan açıq sancağı uğurla çıxarıblar.