
Moskvada həkimlər burnuna açıq sancaq ilişən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskvada həkimlər iki yaşlı uşağın burnunda ilişib qalan açıq sancağı uğurla çıxarıblar.
Rusiyanın paytaxtı Moskvada həkimlər iki yaşlı uşağın burnunda ilişib qalan açıq sancağı uğurla çıxarıblar.
Gundem.today "aif.ru" saytına istinadən xəbər verir ki, bu barədə Moskva Səhiyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, uşaq burnuna sancaq saldıqdan sonra təcili xəstəxanaya yerləşdirilib. Valideynlərin sancağı ev şəraitində çıxarmaq cəhdi zamanı metal əşya açılıb və uşaqda burun qanaxması başlayıb.
Rentgen müayinəsi zamanı açıq sancağın burun boşluğunun yumşaq toxumalarına və torvari sümük nahiyəsinə dərindən batdığı müəyyən edilib. Mütəxəssislər bu kimi hallarda edilən özbaşına müdaxilələrin həyati təhlükə yaratdığını xüsusi vurğulayıblar.
Otorinolarinqoloqlar narkoz altında təcili əməliyyat həyata keçiriblər və sancaq ətraf toxumalara əlavə zərər vermədən çıxarılıb. Uşaq artıq xəstəxanadan evə buraxılıb və müalicəsini pediatr nəzarəti altında davam etdirəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlyaskada tarixin ikinci ən hündür meqasunamisi qeydə alınıb
Ötən ilin yayında Alyaskanın cənub-şərqində yerləşən ucqar fyordda baş verən nəhəng meqasunami dalğası müşahidələr tarixində hündürlüyünə görə ikinci ən böyük dalğa kimi qeydə alınıb.
DünyaBruney sultanı Filippinə səfəri zamanı təyyarəni özü idarə etdi - FOTO
Bruney Sultanı Hacı Həssənal Bolkiah ASEAN sammitində iştirak etmək məqsədilə şəxsi təyyarəsinin sükanı arxasında Filippinə gəlib.
DünyaRoma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı
Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.
Dünya"Elə bir vəziyyətə düşmüşdüm ki, hər an infarkt keçirə bilərdim" - Ukrayna cəbhəsində jurnalisti sarsıdan hadisə
- Deyəsən gəlməsiniz? İlk dəfə görürəm.