
Pakistanın "Airblue" şirkəti Bakıya uçuşlara başlayır
"Airblue" aviaşirkəti Bakı-Lahor marşrutu üzrə uçuşlara başlayır.
"Airblue" aviaşirkəti Bakı-Lahor marşrutu üzrə uçuşlara başlayır.
Gundem.today xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı-Lahor marşrutu üzrə "Airblue" aviareyslərinin fəaliyyətə başlaması ilə beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir. Pakistanın aparıcı aşağıbüdcəli (low-cost) aviaşirkətlərindən biri olan "Airblue"nun Bakı bazarına daxil olması Azərbaycanla Cənubi Asiya arasında hava əlaqələrinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Məlumata görə, yeni marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu, sərnişinlər üçün daha çevik planlaşdırma imkanları yaratmaqla yanaşı, Bakı ilə Lahor arasında səyahəti daha əlçatan və rahat edir.
Qeyd edək ki, Bakı-Lahor istiqaməti artıq "Azərbaycan Hava Yolları" (AZAL) və "Pakistan International Airlines" (PIA) tərəfindən də icra olunur. "Airblue" aviaşirkətinin bu marşruta qoşulması bazarda rəqabəti gücləndirir, ümumi sərnişin tutumunu artırır və artan tələbatın qarşılanmasına xidmət edir.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq marşrut şəbəkəsini genişləndirməklə Azərbaycanın regional aviasiya mərkəzi (hab) kimi mövqeyini daha da möhkəmləndirməyə davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
TurizmViza üçün müraciət edənlərin DİQQƏTİNƏ - Rədd cavabları arta bilər
"Avropa ölkələrinə səyahət üçün qaydalar sərtləşir", "Şengen ölkələrinə giriş çətinləşəcək", "Viza almaqda problemlər yaranacaq"…
TurizmSəmada 34 il: AZAL yaranma tarixini qeyd edir
Aprelin 7-də Azərbaycan Hava Yollarının (AZAL) yaranmasının 34-cü ildönümüdür. 1992-ci ilin məhz bu günündə təsis edilmiş AZAL sərnişinlərinə təhlükəsiz və fasiləsiz uçuşlar təqdim etməyi əsas prioritet kimi müəyyənləşdirib. Bu əlamətdar tarix ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hava əlaqələrinin genişləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biridir.
TurizmAZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıblar
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) Serbiyanın milli aviadaşıyıcısı olan "Air Serbia" ilə kod-şerinq sazişi imzalayıb.
TurizmTurizm sektorunda real dəyişikliklər olacaq - FOTO
Azərbaycanda yaradılması planlaşdırılan Turizm İnkişaf Fondunun sektora təsiri, yeni infrastruktur və investisiya imkanları barədə mütəxəssis rəyləri.