
Pekin Cənubi Çin dənizindəki mübahisəli rifə girişi blokladı
Çin Skarboro rifi ərazisinə girişə nəzarəti gücləndirib.
Çin Skarboro rifi ərazisinə girişə nəzarəti gücləndirib.
Gundem.today bildirir ki, "Reuters" agentliyinin peyk görüntülərinə istinadən verdiyi məlumata görə, bu məqsədlə gəmilərdən və üzən baryerdən istifadə olunur.
Agentliyin məlumatına görə, rif yaxınlığında bir neçə Çin balıqçı gəmisi, sahil mühafizəsinə və ya hərbi-dəniz qüvvələrinə məxsus gəmi, həmçinin keçidi bağlayan baryer qeydə alınıb. Bu addımlar Filippinlə artan gərginlik fonunda atılır. Filippin tərəfi yerli balıqçılara dəstək üçün öz gəmilərini bölgəyə göndərir.
Skarboro rifi regionun ən mübahisəli ərazilərindən biri hesab olunur. Ərazi Filippinin müstəsna iqtisadi zonasında yerləşir, lakin Çin də buraya iddia edir və 2012-ci ildən faktiki olaraq nəzarəti əlində saxlayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən varlı daşınmaz əmlak sahibinin adı açıqlandı
"Zara" brendinin sahibi Amansio Orteqa qlobal miqyasda daşınmaz əmlak sektorunda ən böyük sərvətin sahibinə çevrilib.
DünyaABŞ məşhur avtomobil şirkətlərini silah istehsalına cəlb etmək istəyir
ABŞ Administrasiyası silah istehsalında ölkənin avtomobil istehsalçılarının köməyindən faydalanmaq niyyətindədir.
DünyaTürkiyədə məktəblərə silahlı hücumla əlaqədar həbs dalğası: Saxlanılanlar arasında 6 uşaq da var
Şanlıurfada və Kahramanmaraşda məktəblərə silahlı hücumlardan sonra rəqəmsal platformalarda törədilən cinayətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılanlar arasında yetkinlik yaşına çatmayan 6 uşaq da var.
DünyaABŞ-nin növbəti hədəfi - Həyəcanlı açıqlama
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın Amerika Birləşmiş Ştatlarının növbəti hədəfi ola biləcəyini istisna etməyib.