
Polşada sirli hadisə: Meşəyə naməlum obyekt düşdü
Polşanın şərqində yerləşən Minsk-Mazovetski şəhəri yaxınlığında uçan naməlum obyektin (UNO) düşməsi qeydə alınıb.
Polşanın şərqində yerləşən Minsk-Mazovetski şəhəri yaxınlığında uçan naməlum obyektin (UNO) düşməsi qeydə alınıb.
Gundem.today "RMF FM"ə istinadən xəbər verir ki, obyekt Minsk-Mazovetski yaxınlığındakı Rudnik qəsəbəsinin meşəlik ərazisinə düşüb.
Bildirilib ki, hadisə yaşayış məntəqələrindən xeyli uzaqda baş verdiyindən ölən və yaralanan olmayıb.
İlkin məlumata görə, düşən obyekt yük daşınması üçün istifadə edilən qurğu ola bilər, lakin onun tərkibi hələlik məlum deyil.
Hadisə yerinə polis və istehkamçıların daxil olduğu xüsusi operativ qrup göndərilib. Ərazi hüquq-mühafizə və xilasedici xidmətlər tərəfindən mühasirəyə alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAlmaniya Hörmüz boğazı istiqamətinə əvvəlcədən gəmilər göndərib
Almaniya hökuməti gələcəkdə zaman itkisinə yol verməmək məqsədilə Hörmüz boğazı istiqamətinə hərbi gəmilər yollayıb.
Dünyaİsrail Livanda "Hizbullah"a məxsus obyektləri vurdu - VİDEO
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərini hədəfə alıb.
DünyaABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının XƏRCLƏRİ AÇIQLANDI
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərcləri açıqlanıb.
Dünya"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi
"X" sosial şəbəkəsində (keçmiş "Twitter") "XChat" adlı mesencer istifadəyə verilib.