
Təxirə salınmış derbinin nəticəsi: AFFA "Qarabağ"ı və "Neftçi"ni cərimələdi
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib.
Misli Premyer Liqasının 21-ci turundan təxirə salınan "Neftçi - Qarabağ" qarşılaşması ilə bağlı hər iki kluba cəzalar verilib.
Gundem.today-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar verib.
Qərara əsasən, "Neftçi" komandasının 5 futbolçusunun sarı vərəqə alması səbəbindən klub 700 manat cərimə edilib.
Digər qərarda isə "Qarabağ" azarkeşlərinin oyun zamanı rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi qeydə alınıb. Bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığı üçün Ağdam təmsilçisi 8 000 manat cərimə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Qarabağ"ın ulduz futbolçusu üçün mövsüm başa çatdı - Əməliyyat olunacaq
Misli Premyer Liqasının XXI turunun təxirə salınmış "Neftçi" - "Qarabağ" oyununda zədələnən Joni Montielin vəziyyəti açıqlanıb.
İdman"İmişli" klubu gənc yarımmüdafiəçisi ilə müqaviləni yenilədi
"İmişli" futbol klubu istedadlı oyunçusu İdris İnqilablı ilə müqavilənin müddətini uzadıb.
İdmanHəftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
Bu həftəsonu Avropanın bir çox yaşıl meydanları maraqlı futbol oyunlarına ev sahibliyi edəcək.
İdmanMaradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.