
Qardaşlar arasında mülk davası: "Yalançıdır, hamısını zəbt edib!" - VİDEO
Vətəndaş Şahin Nəcəfli iddia edir ki, Sumqayıtda Yaşıldərə massivi, Çerkassi küçəsi 5-ci döngədə yerləşən və anasından miras qalmış fərdi yaşayış evi qardaşı tərəfindən razılıqsız satılıb. Onun sözlərinə görə, məbləğ övladlar arasında bərabər paylanmalı olsa da böyük qardaşı Şamil Nəcəfli bunu etməyib.
Vətəndaş Şahin Nəcəfli iddia edir ki, Sumqayıtda Yaşıldərə massivi, Çerkassi küçəsi 5-ci döngədə yerləşən və anasından miras qalmış fərdi yaşayış evi qardaşı tərəfindən razılıqsız satılıb. Onun sözlərinə görə, məbləğ övladlar arasında bərabər paylanmalı olsa da böyük qardaşı Şamil Nəcəfli bunu etməyib.
"Bizə evi 60 minə satıb pulunu dörd nəfər arasında böləcəyini demişdi. İndi isə bunu etməyəcəyini bildirir. Evi satıb, puluna da üç ədəd maşın alıb", - deyə şikayətçi Şahin Cəfərli bildirib.
Şamil Nəcəfli isə Baku TV-yə açıqlamasında iddiaların həqiqət olmadığını, evin onun adına rəsmiləşdirildiyini söyləyib:
"O, fırıldaqçı adamdır. Sözügedən ev mənimdir. Vaxtilə ona birotaqlı ev də alıb vermişdim. Həm atamın, həm də mənim bağımı satıb. Hər şeyi zəbt edən adamdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKürdəmir Dəmiryol Stansiyasından hansı istiqamətlərə getmək mümkündür?
"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yenilənən Kürdəmir stansiyası vasitəsilə Bakı, Ucar, Ləki (Ağdaş), Yevlax, Goran (Goranboy), Gəncə, Dəllər (Şəmkir), Qovlar (Tovuz), Tovuz, Ağstafa və Qazaxa səyahət etmək mümkündür.
CəmiyyətKürdə suyun SƏVİYYƏSİ ARTIB: Subasma riski var? - RƏSMİ
Son günlər ölkə ərazində müşahidə olunan intensiv yağıntılar nəticəsində Kür çayında suyun səviyyəsinin artdığı qeydə alınıb.
Cəmiyyət"Sulutəpə dairəsi"ndə TƏHLÜKƏLİ ANLAR: Sərnişin avtobusu təkərsiz idarə olundu - VİDEO
Bakıda hərəkətdə olan sərnişin avtobusunun təkərində yaranan problem insanların diqqətini çəkib.
CəmiyyətKlinik Tibbi Mərkəzin direktoru İŞDƏN ÇIXARILDI
Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.