
Rəsmi Tehran Pakistandakı danışıqların detallarını açıqladı: ABŞ rəsmiləri ilə görüş gözlənilmir
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.
İranın xarici işlər naziri Abbas Əraqçı Pakistana səfəri zamanı ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.
Gundem.today xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqai sosial şəbəkə hesabında məlumat verib.
"İran və ABŞ arasında görüş planlaşdırılmır, çünki rəsmi Tehranın şərtləri Pakistana çatdırılacaq", - deyə XİN rəsmisi bildirib.
Bəqai vurğulayıb ki, Əraqçı yalnız Yaxın Şərqdəki münaqişənin dayandırılması üçün İslamabadın vasitəçilik səyləri çərçivəsində pakistanlı yüksəkrütbəli nümayəndələrlə ünsiyyət quracaq.
Daha əvvəl "Axios"un əməkdaşı Barak Ravid mənbələrə istinadən ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçiriləcəyini bildirmişdi. Öz növbəsində Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun və iş adamı Cared Kuşnerin İran tərəfini dinləmək üçün aprelin 25-də İslamabada yola düşəcəklərini bəyan etmişdi.
Xatırladaq ki, aprelin 11-də İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib. Nümayəndə heyətləri ən azı iki əsas məsələdə - nüvə proqramı və Hörmüz boğazı barədə razılığa gələ bilməyiblər. Ertəsi gün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehranla İranın nüvə proqramı mövzusunda razılaşa bilmədiyini bəyan edib, bununla əlaqədar Amerika hərbçiləri İslam Respublikasının dəniz blokadasına başlayıblar. İslamabaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə ölkənin vitse-prezidenti Cey Di Vens rəhbərlik edib. Ondan başqa, qrupun tərkibində dövlət başçısının xüsusi nümayəndəsi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner olub. İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və XİN rəhbəri Abbas Əraqçı başçılıq ediblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaPentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.