
Rusiya ilə həmsərhəd ölkələrdə NATO-nun 200-dən çox təyyarəsi havaya qalxacaq
NATO iyunun 8-də Rusiya ilə həmsərhəd olanlar da daxil olmaqla, ölkələrdə başlayacaq "Ramstein Flag 2026" (RAFL 26) taktiki hərbi-hava təlimlərinin başladığını elan edib.
NATO iyunun 8-də Rusiya ilə həmsərhəd olanlar da daxil olmaqla, ölkələrdə başlayacaq "Ramstein Flag 2026" (RAFL 26) taktiki hərbi-hava təlimlərinin başladığını elan edib.
Gundem.today-ın TASS-a istinadən xəbərinə görə, müvafiq bəyanat NATO-nun saytında dərc edilib.
Məlumata görə, təlimdə 18 ölkə iştirak edəcək. Təlimlər üçün əsas meydançalar Danimarka, İspaniya, İsveç və Rusiya ilə həmsərhəd olan Norveç və Finlandiya olacaq. Təlimin əsas məqsədi alyansın kollektiv hərbi hazırlığının yaxşılaşdırılması olacaq.
NATO-nun məlumatına görə, təlimdə 200-dən çox təyyarə iştirak edəcək və onlar gündə təxminən 150 uçuş həyata keçirəcək.
8-19 iyun tarixlərində Finlandiya, Norveç, İsveç və Danimarkanın hava məkanında keçiriləcək NATO Hərbi-Hava Qüvvələrinin "Ramstein Flag 2026" təlimlərində alyansın 19 üzvü iştirak edəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaHindistanda dəhşətli YANĞIN: Səkkiz nəfər həlak oldu - VİDEO
Hindistanın Andhra-Pradeş ştatının Vişaxapatnam şəhərində yerləşən metallurgiya zavodunda baş verən yanğın nəticəsində azı səkkiz işçi həlak olub, bir neçə nəfər isə xəsarət alıb.
DünyaErmənistanda parlament seçkisinin yekun nəticələrinin açıqlanacağı tarix məlum oldu
Ermənistanda keçirilən parlament seçkisinin yekun nəticələri iyunun 14-də açıqlanacaq.
DünyaÇində nəhəng layihə: Dünyanın ən böyük gəmi şlüzü tikilir
Çində Yantszı çayı üzərində yeni su nəqliyyatı layihəsinin icrasına start verilib. Layihə çərçivəsində dünyanın ən böyük gəmi şlüzünün inşası nəzərdə tutulur.
DünyaTürkiyədə rezonans doğuran narkotik əməliyyatı: Tanınmış şəxslərin test nəticələri bilindi
Türkiyədə Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən tanınmış şəxslərlə bağlı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan yeddi nəfərin narkotik testlərinin nəticələri müsbət çıxıb.