Son dəqiqə
Hikmət Hacıyev: "Dörd min azərbaycanlının taleyi hələ də naməlumdur"Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıbSəhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir: Oturaq həyatın gizli təhlükələri - FOTOPA-nın şöbə müdiri: "Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda öz bərpa təcrübəsini təqdim edəcək"Putinlə bağlı filminə görə aldığı "Oskar"ı itirdiHikmət Hacıyev: "Azərbaycan ərazisinin 12-13 faizi minalarla çirklənib"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Sakit okeanda nəhəng "tektonik qəza": Plitələrin parçalanma mərhələsi ilk dəfə müşahidə olundu
Sakit okeanda nəhəng "tektonik qəza": Plitələrin parçalanma mərhələsi ilk dəfə müşahidə olundu
Dünya

Sakit okeanda nəhəng "tektonik qəza": Plitələrin parçalanma mərhələsi ilk dəfə müşahidə olundu

Bu gün
07:42
0 baxış
Paylaş:

Tədqiqatçılar Sakit okeanda tektonik plitənin qırılma mərhələsini müşahidə ediblər.

Tədqiqatçılar Sakit okeanda tektonik plitənin qırılma mərhələsini müşahidə ediblər.

Gundem.today xəbər verir ki, bu nadir hadisə barədə "İzvestiya" nəşri xəbər yayıb.

Luiziana Dövlət Universiteti və Kolumbiya Universitetinin Lamont-Doherti Rəsədxanasının alimləri Sakit okeanın şimal-şərqindəki subduksiya zonasının "məhvinin" əsas səbəblərini müəyyən ediblər.

Tədqiqatın aparıcı müəllifi Brandon Şuk prosesi belə izah edib: "Subduksiya zonasına start vermək ağır qatarı yoxuşa doğru itələməyə bənzəyir və nəhəng güc tələb edir. Lakin hərəkətə gəldikdən sonra qatar sanki yamac aşağı sürətlənir. Prosesin dayanması üçün isə çox ciddi bir hadisə - "qatar qəzası" baş verməlidir".

Elmi qrup Kaskadiya regionunda, Vankuver adasının sahil sularında Şimali Amerika plitəsinin altına doğru hərəkət edən "Xuan de Fuka" və "Eksplorer" plitələrində parçalanmanın başladığını aşkar edib. Mütəxəssislər seysmik əks-səda tomoqrafiyası vasitəsilə yaranmış çatların dəqiq vizual təsvirlərini əldə ediblər.

Şukun sözlərinə görə, bu, tədqiqatçıların dağılma mərhələsində olan subduksiya zonasına aid dəqiq görüntülər əldə etdiyi ilk təcrübədir. Tektonik plitə qəflətən dayanmır, hissələrə ayrılaraq daha kiçik mikroplitələrə çevrilir.

Ekspertlər "Xuan de Fuka" plitəsini kəsən bir neçə böyük qırılma xətti tapıblar. Ən nəhəng qırılmalardan birində təqribən 5 kilometrlik şaquli sürüşmə müşahidə edilib. Alimlər, həmçinin 75 kilometrlik qırılma zonası ətrafında seysmik aktivliyin paylanma xüsusiyyətlərini müəyyənləşdiriblər. Bəzi ərazilərdə zəlzələ riski qalsa da, digər sahələr tam "sakitlik" rejiminə keçib ki, bu da plitə qalıqlarının ana kütlədən tam qopduğuna işarə edir.

Bu araşdırma Kaliforniya sahillərində rast gəlinən müəmmalı "qalıq" mikroplitələrinin yaranma səbəblərini aydınlaşdırır. Yeni məlumatların gələcəkdə seysmik risklərin proqnozlaşdırılması modellərinə daxil ediləcəyi vurğulanır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Təbii_fəlakət#Sakit_okean

Oxşar Xəbərlər

Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyirDünya

Madyar yeznəsini Macarıstanın ədliyyə naziri təyin etmək istəyir

Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.

Bu gün
15:360
Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"Dünya

Tamaş Torma: "Qarabağdakı dəyişikliklər hər səfərdə nəzərə çarpır"

"Qarabağdakı dəyişikliklər və inkişaf regiona hər səfər zamanı nəzərə çarpır".

Bu gün
15:320
Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTODünya

Azərbaycan Avroparlamentlə əlaqəni niyə kəsdi? - "Rasional və prinsipial qərardır" - FOTO

"Avropa siyasətində "demokratiyanın səsi" kimi təqdim olunan Avropa Parlamenti son illər Azərbaycana münasibətdə getdikcə daha çox sual doğuran, qərəzli və selektiv yanaşmaları ilə diqqət çəkir".

Bu gün
15:280
ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyibDünya

ABŞ İrana qarşı əməliyyatlara 100 milyard dollar xərcləyib

"Birləşmiş Ştatlar İrana qarşı hərbi əməliyyatlara təqribən 100 milyard dollar vəsait sərf edib və bu vəziyyət ABŞ vətəndaşları üçün daha böyük dolayı xərclər yaradıb".

Bu gün
15:200