Son dəqiqə
"İnter"in müdafiəçisi "Barselona"nın təklifini rədd etdi - FOTOKeşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTOBakıda 10 min manatlıq oğurluq edən şəxs TUTULDU"Mançester Yunayted"də 100 milyon avroluq "təmizlik": Beş futbolçu ilə yollar ayrılırİranla danışıqlarının baş tutmasında Vensin hansı rolu olub? - VİDEOAFFA Gənclər Liqasının oyunlarını təxirə saldı - SƏBƏB
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Səhiyyə Nazirliyinin nevroloqu: "Parkinson xəstəliyini necə tanımaq olar?" - FOTO
Səhiyyə Nazirliyinin nevroloqu: "Parkinson xəstəliyini necə tanımaq olar?" - FOTO
Cəmiyyət

Səhiyyə Nazirliyinin nevroloqu: "Parkinson xəstəliyini necə tanımaq olar?" - FOTO

Bu gün
11:20
0 baxış
Paylaş:

Hər il aprelin 11-də qeyd olunan Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirmənin artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Hər il aprelin 11-də qeyd olunan Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günü bu xəstəlik barədə maarifləndirmənin artırılması, erkən diaqnostikanın təşviqi və xəstələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Gundem.today bununla bağlı, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Nərmin Məmmədova ilə Parkinson xəstəliyi haqqında müsahibəni təqdim edir:

- Doktor, Parkinson xəstəliyi nədir və niyə yaranır?

- Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini və koordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsal edən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə olunan xroniki nevroloji bir prosesdir. Dopamin səviyyəsi azaldıqca beyin əzələlərə düzgün komandalar göndərə bilmir, bu da hərəkət pozuntularına, əzələ sərtliyinə və hərəkətlərin ləngiməsinə səbəb olur.

Bu proses əsasən bazal nüvələrin fəaliyyətində disbalans yaradır və nəticədə həm könüllü, həm də avtomatik hərəkətlər pozulur. Xəstəlik tədricən irəliləyir və erkən mərhələlərdə çox vaxt nəzərə çarpmaya bilər. Xəstəliyin dəqiq yaranma səbəbləri məlum olmasa da, bir neçə faktorun təsiri əsas götürülür.

Müəyyən mutasiyalar xəstəliyə meyillilik yarada bilər, lakin bu hallar ümumi pasiyentlərin kiçik hissəsini təşkil edir. Xəstəlik, əsasən, 60 yaşdan sonra daha çox rast gəlinir. Bununla yanaşı, oksidativ stres, neyroinflamasiya və hüceyrə səviyyəsində metabolik pozğunluqlar da dopamin sintez edən hüceyrələrin məhvinə səbəb olur.

- Parkinson xəstəliyinin əlamətləri necə inkişaf edir və gündəlik həyata necə təsir edir?

- Parkinson simptomları gizli başlayır və zaman keçdikcə daha aydın şəkildə üzə çıxır.

Adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində, əksərən bir əldə titrəmə ilə başlayır. Xəstələr addımların kiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hiss edirlər.

Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balans pozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması (mikroqrafiya) tipik əlamətlərdir. Zamanla posturun (duruş) önə doğru əyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqət çəkir.

Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik, yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühüm komponentləridir. Bu əlamətlər bəzən motor simptomlardan əvvəl meydana çıxa bilər.

Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələn qidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstənin müstəqilliyi tədricən azalır.

- Parkinson xəstəliyinin diaqnozu necə qoyulur və hansı müayinələrdən istifadə olunur?

- Hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifik laborator və instrumental müayinə mövcud deyil və diaqnoz, əsasən, klinik qiymətləndirməyə əsaslanır.

Həkim tremorun (əsmə) xarakterini, hərəkətlərin sürətini, əzələ tonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın (hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardan biridir.

MRT və KT müayinələri daha çox digər nevroloji patologiyaları istisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporter skanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergik sistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edə bilər.

Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinson diaqnozunu gücləndirən mühüm göstəricidir.

- Parkinson xəstəliyi insanın psixoloji və emosional vəziyyətinə necə təsir edir?

- Parkinson xəstəliyi beyindəki neyrokimyəvi dəyişikliklər və fiziki məhdudiyyətlər səbəbindən psixoloji vəziyyətə ciddi təsir göstərir.

Depressiya və narahatlıq halları geniş yayılıb və bu vəziyyətlər həm bioloji, həm də sosial faktorlarla əlaqəlidir. Xəstələrdə sosial aktivliyin azalması və özünə inamın zəifləməsi müşahidə olunur.

İrəliləyən mərhələlərdə diqqət zəifliyi, yaddaş problemləri və demensiya riski arta bilər. Buna görə psixoloji dəstək, ailə və sosial mühitin qorunması müalicənin vacib hissəsi hesab olunur.

- Parkinson xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün hansı strategiyalar mövcuddur?

- Müntəzəm idman hərəkətləri hərəkət amplitudasını qoruyur, əzələ sərtliyini azaldır və balansı yaxşılaşdırır.

Vitamin və mineral baxımından balanslı qidalanma ümumi sağlamlığı dəstəkləyir və bəzi qeyri-motor simptomların yüngülləşməsinə kömək edir.

Ev şəraitinin təhlükəsiz təşkili, sürüşməyən səthlər və köməkçi vasitələrdən, məsələn əsadan istifadə yıxılma riskini azaldır və müstəqilliyi artırır.

Psixososial dəstək, yəni sosial aktivlik və psixoloji yardım xəstənin emosional stabilliyini qoruyur.

- Parkinson xəstəliyinin gedişatında fizioterapiya və reabilitasiyanın rolu nədən ibarətdir?

- Fizioterapiya Parkinson xəstəliyində uzunmüddətli idarəetmənin əsas sütunlarından biridir və məqsəd yalnız simptomları azaltmaq deyil, həm də xəstənin funksional müstəqilliyini qorumaqdır. Reabilitasiya proqramı fərdi şəkildə tərtib olunur və xəstəliyin mərhələsinə uyğun olaraq davamlı şəkildə yenilənməlidir.

Reabilitasiya məqsədilə "Hotpack", hidroterapiya, bimanual terapiya, elektroterapiya və digər köməkç

#Cəmiyyət#Parkinson_xəstəliyi#nevroloji_xəstəliklər#dopamin#tremor#fizioterapiya#reabilitasiya#Parkinson_əlamətləri#nevroloq#beyin_xəstəlikləri#Parkinson_diaqnostikası#bradikineziya

Oxşar Xəbərlər

Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTOCəmiyyət

Keşlədə kollektorun daşması nəticəsində yaranmış fəsadlar aradan qaldırılır - FOTO

Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

Bu gün
13:420
Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildiCəmiyyət

Tovuzda üç uşağından imtina edən qadın himayəyə verildi

Tovuz rayonunda 3 azyaşlı uşağından imtina edən və sonradan xəstəxanaya yerləşdirilən qadın qohumlarının himayəsinə verilib.

Bu gün
13:000
Sabah 15 dərəcə isti olacaq - 12.04.2026Cəmiyyət

Sabah 15 dərəcə isti olacaq - 12.04.2026

Azərbaycanda aprelin 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
13:070
Salyanda tanınmış həkim vəfat etdi - FOTOCəmiyyət

Salyanda tanınmış həkim vəfat etdi - FOTO

Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

Bu gün
12:560