
Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
Gundem.today xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir.
"Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər", - ADY qeyd edir.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətAzərbaycanda Şimali Kipr günləri keçiriləcək
İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.
CəmiyyətUkraynalılar azərbaycanlı akademik Zərifə Əliyeva haqqında danışdılar - VİDEO
Ukraynanın İrpen şəhəri Azərbaycan və Ukrayna arasındakı dostluğu özündə ehtiva edir.
CəmiyyətİTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurası direktor vakansiyasını hələ ki elan etməyib.
CəmiyyətAzərbaycanda səhiyyə və sosial müdafiə sistemlərinin koordinasiyası gücləndirilir - VİDEO
Azərbaycanda səhiyyə sistemində islahatlar yeni mərhələyə keçir. TƏBİB-in yeni icraçı direktorunun təyin olunması da bu prosesin tərkib hissəsi kimi diqqət çəkir. Bu, sadəcə, növbəti kadr dəyişikliyi deyil. Söhbət səhiyyənin idarə olunmasında daha çevik, səmərəli və vətəndaş yönümlü modelə keçiddən gedir.