
"Çelsi"nin yeni baş məşqçisi kim olacaq? - Əsas namizədlərin siyahısı
"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.
"Çelsi"nin yeni baş məşqçisi postuna iddialı namizədlərin siyahısı məlum olub.
Gundem.today-ın xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisinin rəhbərliyi bir neçə tanınmış mütəxəssisi nəzərdən keçirir. Əsas namizədlər sırasında "Bornmut"un çalışdırıcısı Andoni İraola, "Fulhem"in baş məşqçisi Marko Silva və "Real Madrid"dən ayrıldıqdan sonra hazırda klubsuz olan Xabi Alonso yer alırlar.
Bundan əlavə, klub rəhbərliyinin diqqət mərkəzində daha iki mütəxəssis var. Hazırda "Portu"ya rəhbərlik edən Françesko Farioli və "Komo"nun "sükanı arxasında" olan, həmçinin "Çelsi"nin keçmiş ulduzu kimi tanınan Sesk Fabreqasın da adları bu vəzifə ilə hallanır.
Xatırladaq ki, "zadəganlar" ötən həftə Liyam Rosenyoru baş məşqçi postundan uzaqlaşdırıb. Mövsümün geridə qalan hissəsində isə komandanın idarəçiliyi müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Kalum Makfarleynə həvalə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Neftçi" - "Qarabağ" matçında tarixi an: Son 15 mövsümün rekordu qeydə alındı
Misli Premyer Liqasının XXIX turunda keçirilmiş "Neftçi" - "Qarabağ" oyununu stadiondan 9500 tamaşaçı izləyib.
İdman"Turan Tovuz"la matçda vurulan həlledici qol Volkov üçün xüsusi olub
Misli Premyer Liqasının XXIX turu çərçivəsində baş tutan "Turan Tovuz"la gərgin səfər qarşılaşması (1:1) "Zirə"nin legioneri Davit Volkov üçün xüsusi əhəmiyyət kəsb edən qolla yadda qalıb.
İdman"Sumqayıt" 50-yə çatdı
"Sumqayıt" futbol klubu Azərbaycan Premyer Liqası tarixində özünün yubiley - 50-ci səfər qələbəsini rəsmiləşdirib.
İdmanFutbolda böyük skandal: UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanıldı
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.