
Teylor Svift musiqi albomuna görə məhkəməlik oldu
Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.
Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.
Gundem.today "The Hollywood Reporter" nəşrinə istinadən xəbər verir ki, Las-Veqasdan olan sənətçi Maren Ueyd Svifti müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.
İddiaya görə, Teylor Sviftin 2025-ci ildə yayımlanan "The Life of a Showgirl" albomunun adı Maren Ueydin uzun illərdir istifadə etdiyi "Confessions of a Showgirl" layihəsinə həddindən artıq bənzəyir. Ueyd bildirib ki, o, bu adı 10 ildən artıqdır istifadə edir və hələ 2015-ci ildə onu rəsmi ticarət nişanı kimi qeydiyyatdan keçirib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Sviftin komandası "Life of a Showgirl" adını ticarət nişanı kimi qeydiyyatdan keçirməyə cəhd göstərib. Lakin ABŞ Patent və Əmtəə Nişanları İdarəsi istehlakçılar arasında "qarışıqlıq riski" yarada biləcəyi səbəbindən bu müraciəti rədd edib.
Buna baxmayaraq, albom həmin adla işıq üzü görüb. Hazırda Maren Ueyd Sviftdən külli miqdarda kompensasiya tələb edir və albom adının istifadəsinə qadağa qoyulmasını istəyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Şou-biznesMəşhur rusiyalı repçi qəzada həlak oldu
Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.
Şou-biznesSəsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: "Həkim nəzarətindəyəm"
Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.
Şou-biznes"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
Şou-biznesTanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi
"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.