
Trampdan sui-qəsd cəhdini törədənin ifadələrinə REAKSİYA
"Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm".
"Mən təcavüzkar deyiləm, heç kimə qarşı zorakılıq etməmişəm".
Gundem.today xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp aprelin 26-da "CBS News" telekanalına verdiyi müsahibədə ona atəş açan cinayətkarın ittihamlarına münasibət bildirərkən deyib.
Müsahibəni aparan jurnalistə müraciət edən prezident onun xəstə bir insanın yazdığı cəfəngiyyatı oxumasından narazılığını ifadə edib.
"Bunu oxuduğunuz üçün utanmalısınız, çünki bu ifadələrin heç biri mənə aid deyil", - deyə o vurğulayıb.
Ağ Ev lideri telekanala açıqlamasında həmçinin təhlükəsizlik xidmətinin əməkdaşlarının çevikliyindən də danışıb. D.Tramp bildirib ki, onlar atışma öz vəzifələrini uğurla yerinə yetiriblər və hücum edəni qısa zamanda zərərsizləşdiriblər.
"Onlar çox yaxşı iş gördülər, həqiqətən əla çalışdılar. Onu kifayət qədər asanlıqla tutdular", - deyə o qeyd edib.
Bununla yanaşı, ABŞ lideri vəziyyəti şəxsən qiymətləndirmək üçün təxliyə prosesi zamanı mühafizəçilərin işini bir qədər yubatdığını etiraf edib:
"Mən möhtəşəm insanlarla əhatə olunmuşdum və yəqin ki, onları bir az ləngitdim. Mən onlara "Bir dəqiqə gözləyin, imkan verin baxım, bir dəqiqə gözləyin" deyirdim".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBraziliyada Şakiranın konsertinə hazırlıq zamanı faciə baş verib
Braziliyanın Rio-de-Janeyro şəhərində kolumbiyalı müğənni Şakiranın konserti üçün səhnə yığımı zamanı işçilərdən biri xəsarət alıb və nəticədə həyatını itirib.
DünyaCənubi Koreyada kütləvi tətillər "Samsung" şirkətini vurdu
Əməkhaqqının artırılmasını tələb edən işçilərin kütləvi tətili nəticəsində "Samsung" şirkətinin Cənubi Koreyadakı müəssisələrində istehsal göstəriciləri ciddi şəkildə aşağı düşüb.
Dünyaİran və Oman Hörmüz boğazında gəmilərin hərəkətini müzakirə ediblər
"İranla Oman arasında mövcud olan dostluq münasibətləri çərçivəsində aparılan danışıqlarda Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərin təhlükəsizliyi məsələsi diqqət mərkəzində olub".
DünyaPentaqon rəsmisi tanışlıq saytında dövlət sirlərini yayıb
Pentaqonun radiasiya-kimyəvi təhlükəsizlik üzrə rəhbəri Endryu Haqq vəzifəsindən kənarlaşdırılıb. Buna səbəb onun tanışlıq tətbiqində bir qadına məxfi məlumatları açıqlaması ilə bağlı yayılan xəbərlər olub.