Son dəqiqə
Pekin Cənubi Çin dənizindəki mübahisəli rifə girişi blokladı"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıbErmənilərin Quba sakinlərinə işgəncə verdiyi GÜNBƏZLİ HAMAMAvstraliyada neft emalı zavodunda güclü yanğın baş verib - VİDEO"Təcili yardım belə gəlmir" - Qəsəbə sakinləri yol problemindən gileyləndilər - VİDEONeymar azarkeşlərlə sözlü mübahisə etdi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib
Türkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib
Dünya

Türkiyə və Yunanıstanda miqrant qaçaqmalçılığı ilə bağlı 75 Azərbaycan vətəndaşı həbs edilib

29 mart 2026
02:07
1 baxış
Paylaş:

2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşının transmilli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.

2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşının transmilli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti ilə "AnewZ" televiziya kanalının birgə layihəsi olan "Yolun yarısında" adlı sənədli filmində deyilir.

Qeyd olunub ki, ümumilikdə 75 nəfər Azərbaycan Respublikası vətəndaşı qanunsuz miqrasiyanın həyata keçirilməsində iştirak etdiklərinə görə Türkiyə və Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.

Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidməti sözügedən qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq, Azərbaycan daxilində zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və hüquqi müstəvidə addımların atılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir:

"Vətəndaşlarımıza bu kimi cinayətkar fəaliyyətlərə maddi, eləcə də digər maraqlar müqabilində qoşulmamaları, əks halda cinayət məsuliyyətinə cəlb edilmə və azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qalacaqları barədə xəbərdarlıq edirik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Pekin Cənubi Çin dənizindəki mübahisəli rifə girişi blokladıDünya

Pekin Cənubi Çin dənizindəki mübahisəli rifə girişi blokladı

Çin Skarboro rifi ərazisinə girişə nəzarəti gücləndirib.

Bu gün
00:360
Avstraliyada neft emalı zavodunda güclü yanğın baş verib - VİDEODünya

Avstraliyada neft emalı zavodunda güclü yanğın baş verib - VİDEO

Avstraliyanın neft emalı zavodlarından birində güclü yanğın baş verib.

Bu gün
00:120
ABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edirDünya

ABŞ geri çəkilmir - Dəniz blokadası tam gücü ilə davam edir

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz blokadasının nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamaqdan imtina edib.

Bu gün
23:460
Netanyahu: "İsrail və ABŞ-nin İranla bağlı məqsədləri üst-üstə düşür"Dünya

Netanyahu: "İsrail və ABŞ-nin İranla bağlı məqsədləri üst-üstə düşür"

"İsrail və ABŞ İranla bağlı eyni məqsədlərə malikdir və İsrail tərəfi hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən hərbi əməliyyatların yenidən başlanmasına hazırdır".

Bu gün
23:420