
Türkiyədə məşhurlara qarşı əməliyyat: Mert Demir də daxil olmaqla 14 nəfər barəsində qərar verildi
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib.
Bu barədə Gundem.today "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi" cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb. Eyni zamanda axtarış və müsadirə əməliyyatları həyata keçirilib.
Əməliyyat nəticəsində 14 şübhəlidən 11-i nəzarətə alınıb, 2 şübhəlinin tutulması üçün işlər davam edir. Bir şübhəlinin isə ölkə xaricində olduğu müəyyənləşib. Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, cəmiyyətin sağlamlığına qarşı törədilmiş cinayətlərlə mübarizə üzrə istintaq çox ciddi şəkildə və qətiyyətlə davam etdirilir.
Beləliklə, əməliyyatda aşağıdakı məşhurlar saxlanılıblar:
1. Hafsanur Sancaktutan
2. Emir Can İğrek
3. Somer Sivrioğlu
4. Serra Pirinç
5. Ogün Alibaş
6. Utku Ünsal
7. Sinem Özenç Ünsal
8. Elif Büşra Pekin
9. Ahsen Eroğlu
10. Burak Deniz
11. Mert Demir
12. Emre (FEL) Öztürk
13. Ender Eroğlu
14. Enes Güler.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilər
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
DünyaCHP-nin Ankara bölgəsi üzrə rəhbəri saxlanıldı
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara bölgəsi üzrə rəhbəri Ümit Erkol saxlanılıb.
DünyaRusiyada Şahin Şıxlinskiyə qarşı daha bir iş üzrə cəza istənildi - VİDEO
Yekaterinburq şəhərinin Kirov Məhkəməsində baş tutan yekun dinləmələrdə dövlət ittihamçısı Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və onun oğlu Mütvəli barəsində ağırlaşdırılmış həbs cəzası tələb edib.
DünyaDonald Tramp: "NATO ehtiyac duyduğumuz zaman bizə kömək etməyib"
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiyanın mənsubiyyəti məsələsində fikir ayrılıqları olduğunu xatırladıb.