
Universitet-tədqiqat-sənaye inteqrasiyası ilə dayanıqlı gələcəyə: MDU-da "Tədqiqat Mövzu Hovuzu Platforması" təqdim olunub
2026-cı il aprelin 2-də Mingəçevir Dövlət Universitetində (MDU) "Tədqiqat Mövzu Hovuzu Platforması"nın təqdimat mərasimi keçirilib. "Azərbaycan İES" MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.
2026-cı il aprelin 2-də Mingəçevir Dövlət Universitetində (MDU) "Tədqiqat Mövzu Hovuzu Platforması"nın təqdimat mərasimi keçirilib. "Azərbaycan İES" MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.
Mingəçevir Dövlət Universiteti daha bir ilkə imza ataraq Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) yanaşmasını tətbiq etməyə başlayıb. Yeni yanaşmaya əsasən magistr dissertasiyaları real sektorla birbaşa əlaqələndirilir və tətbiqi xarakter daşıyır.
Təqdimat mərasimində çıxış edən rektor Anar Eminov platformanın universitet-sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərlə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir. Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib, həmçinin Türkiyənin Orta Doğu Texniki Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.
Rektor çıxışında platformanın funksional imkanlarını diqqətə çatdıraraq bildirib ki, "Tədqiqat Mövzu Hovuzu Platforması" magistrantlara sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmək imkanı yaradır. Eyni zamanda, tələbələr öz elmi-tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini - planlaşdırmadan müdafiəyədək - sistemli şəkildə izləyə bilirlər. Platforma plagiat yoxlanışı, elmi-pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunub.
Qeyd edilib ki, tətbiq olunan bu model vasitəsilə Azərbaycanda ilk dəfə olaraq təhsil, elm və sənaye vahid platforma üzərindən inteqrasiya edilərək qarşılıqlı şəkildə təkmilləşdiriləcək, dissertasiya işləri isə tətbiqi layihələrə çevriləcək.
Təqdimat çərçivəsində çıxış edənlər tərəfindən bildirilib ki, platforma sənaye tərəfdaşları və dövlət qurumları tərəfindən təqdim edilən aktual problemləri vahid məlumat bazasında toplayaraq magistrantların istifadəsinə açıq edir. Bu isə tədqiqat mövzularının real iqtisadi və sosial ehtiyaclara uyğunluğunu təmin edir.
Eyni zamanda tədbirdə Mingəçevir Dövlət Universitetində magistr dissertasiyalarının hazırlanması üzrə yeni modelin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb. Yeni metodiki sistemə əsasən dissertasiyalar yalnız akademik tədqiqat işi kimi deyil, həm də tətbiqi xarakterli layihələr kimi formalaşdırılır. Mövzular universitet strukturları ilə yanaşı, sənaye müəssisələri və dövlət qurumlarının təqdim etdiyi real problemlər əsasında müəyyən edilir.
Tətbiq olunan modelə görə magistrantlar tədqiqat prosesində müasir elmi metodlardan, o cümlədən analitik, ekonometrik və rəqəmsal alətlərdən istifadə edir, real məlumatlar üzərində işləyir və praktik tətbiq imkanına malik nəticələr formalaşdırırlar. Yeni qaydalar dissertasiya prosesinin bütün mərhələlərini - mövzu seçimi, tədqiqatın aparılması, monitorinq, ilkin və yekun müdafiə, həmçinin nəticələrin sənayeyə təqdim olunmasını sistemli şəkildə tənzimləyir.
Bildirilib ki, platformaya ilk töhfə ODTU tərəfindən verilib. Universitet tərəfindən beş praktiki tədqiqat mövzusu təqdim olunub və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Bu çərçivədə ODTU-nun prorektoru Ömer Delialioğlu və digər alimlər elmi rəhbər qismində prosesə cəlb olunublar.
Eyni zamanda, Ege Universiteti və "Huawei" şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər.
Layihə çərçivəsində tədqiqat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, "Tədqiqat Mövzu Hovuzu Platforması" ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı - research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi, elmi rəhbərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir.
Qeyd olunub ki, yeni modelin hazırlanması və icrası universitetin elmi-tədqiqat potensialını birləşdirən iki əsas struktur - Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu tərəfindən həyata keçirilir. Bu institutlar dissertasiya mövzularının formalaşdırılması, müasir metodların tətbiqi, rəqəmsal platformaların idarə olunması və sənaye ilə əlaqələrin qurulmasında əsas icraedici və koordinasiyaedici mərkəz kimi çıxış edir.
Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu tədqiqat prosesinə süni intellekt əsaslı analiz metodlarının və innovativ texnologiyaların inteqrasiyasını təmin edir, Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu isə layihələrin regional inkişaf, enerji səmərəliliyi və dayanıqlı iqtisadi modellərlə əlaqələndirilməsinə töhfə verir.
Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu model ali təhsillə sənaye
Oxşar Xəbərlər
DigərXətai rayonunda Aprel şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
DigərƏdliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 3 aprel tarixində Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
Digər"Kapital Bank" yeddi nominasiya üzrə mükafatlandırıldı
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları - 2025"in qalibləri müəyyən olunub. "Kapital Bank" yeddi nominasiyada mükafata layiq görülüb.
Digər"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
"Dongfeng Azərbaycan" rəsmi nümayəndəliyi ölkənin avtomobil bazarında keyfiyyət standartlarını yeni mərhələyə daşıyır. Brendin qlobal mühəndislik təcrübəsinə və texnoloji üstünlüyünə əsaslanaraq, rəsmi servis zəmanəti müddəti 10 ilə çatdırılıb. Bu təklifin ən önəmli cəhəti isə zəmanət müddəti ərzində heç bir yürüş limitinin (km) tətbiq edilməməsidir.