Son dəqiqə
Hüseyn Əsgərli yeni vəzifəyə təyin olunduRəşad Nəbiyev BMT rəsmisi ilə WUF13 tədbirinə hazırlığı müzakirə edibGünəşdə güclü partlayış qeydə alınıbABŞ Qərb yarımkürəsinə humanitar yardımın həcmini kəskin artırırÇətin durumda yaşayan ailə: "Uşaqların və evin xərclərini qarşılaya bilmirəm" - VİDEOŞabranlı ailənin müraciətinə nazirlikdən müsbət cavab - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Valverde komanda yoldaşı ilə növbəti davadan sonra xəstəxanaya yerləşdirildi
Valverde komanda yoldaşı ilə növbəti davadan sonra xəstəxanaya yerləşdirildi
İdman

Valverde komanda yoldaşı ilə növbəti davadan sonra xəstəxanaya yerləşdirildi

Bu gün
17:58
0 baxış
Paylaş:

"Real Madrid"in yarımmüdafiəçiləri Orelen Tçuameni və Federiko Valverde komandanın bugünkü məşqində əlbəyaxa dava ediblər.

"Real Madrid"in yarımmüdafiəçiləri Orelen Tçuameni və Federiko Valverde komandanın bugünkü məşqində əlbəyaxa dava ediblər.

Gundem.today xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Ötən gün yayılan xəbərlərdə futbolçuların məşq zamanı az qala dava edəcəkləri bildirilmişdi. Qeyd olunub ki, oyun epizodlarından birində qayda pozuntusundan sonra fransalı və uruqvaylı yarımmüdafiəçilər bir-birini itələməyə başlayıblar. Tərəflər arasındakı mübahisə paltardəyişmə otağında da davam edib.

"Marca"nın məlumatına görə, bu gün futbolçular arasında yeni insident yaşanıb. Hadisə klub daxilində təcili iclasın keçirilməsinə və rəhbərliyin cəza tədbirləri məsələsini nəzərdən keçirməsinə səbəb olub.

Komandanın bir neçə üzvü yeni qarşıdurmanı çox ciddi adlandırıb. Bildirilir ki, dava ilk andan kəskin xarakter alıb və digər futbolçuların müdaxiləsini tələb edib. Nəticədə Federiko Valverde xəstəxanaya yerləşdirilib. Mənbələrin iddiasına görə, son qarşıdurma ötən gün baş verən insidentdən daha ağır olub.

Paltardəyişmə otağında təcili iclas davadan dərhal sonra keçirilib. Heç bir futbolçu məşq bazasını tərk etməyib. Əsas məqsəd yaranmış problemləri aradan qaldırmaq və klub rəhbərliyində ciddi narahatlıq yaradan gərginliyin daha da böyüməsinin qarşısını almaq olub.

Hazırda "Real Madrid"də atmosferin son dərəcə gərgin olduğu bildirilir. Komandada əsəbilik və daxili parçalanmanın hökm sürdüyü, vəziyyətin isə hələ də həllindən uzaq olduğu vurğulanır.

Qeyd edək ki, 27 yaşlı Federiko Valverde 2018-ci ildən Madrid klubunun formasını geyinir. O, cari mövsümdə müxtəlif turnirlərdə 48 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.

26 yaşlı Orelen Tçuameni isə 2022-ci ildən "Real Madrid"də çıxış edir. Fransalı yarımmüdafiəçi bu mövsüm 46 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Real_Madrid#Federiko_Valverde#Orelyen_Çuameni#La_Liqa#El_Klasiko#Barselona#idman_xəbərləri#futbol_qalmaqalı#məşqdə_dava#İspaniya_futbolu.

Oxşar Xəbərlər

Azarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdıİdman

Azarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdı

"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.

Bu gün
21:180
Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"İdman

Emin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"

"Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır".

Bu gün
20:560
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşibİdman

"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.

Bu gün
20:420
Fərid Qayıbov: "Bu dəfə minifutbolda fərqli finala şahidlik etdik"İdman

Fərid Qayıbov: "Bu dəfə minifutbolda fərqli finala şahidlik etdik"

"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".

Bu gün
20:400