
Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-də, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
Görkəmli baletmeyster Xalq artisti Maqsud Məmmədov vəfat edib.
Gundem.today xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.
Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.
Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.
O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.
Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları - "Ziqfrid" ("Qu gölü"), "Albert" ("Jizel"), "Bazil" ("Don Kixot"), "Polad" ("Qız qalası"), "Azad" ("Gülşən), "Fərhad" ("Məhəbbət əfsanəsi"), "Lenni" ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əliverdibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətTarixin səssiz şahidləri - FOTO
18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
MədəniyyətNizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub
Aprelin 16-da Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.
MədəniyyətXalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEO
"İstedadsız insana kömək etməklə heç nə əldə etmək olmur. Lakin bu gün vəziyyət dəyişdiyi üçün gənclərə münasibət də dəyişib. Mənə elə gəlir ki, bu gün gənclərimiz var ki, onlara dəstək lazımdır, lakin o dəstək yetərincə deyil".
Mədəniyyət"Akinak" tarixi-bədii filminin premyerası böyük maraqla qarşılanıb
Aprelin 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə lentə alınan "Akinak" tammetrajlı bədii filminin premyerası keçirilib.