
Xalq artistinin xanımı: "Qədir Rüstəmova silah vermişdilər"
"Qədir Rüstəmov Ağdam işğal olunandan sonra toylara getmədi".
"Qədir Rüstəmov Ağdam işğal olunandan sonra toylara getmədi".
Gundem.today xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında mərhum Xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova deyib.
O bildirib ki, Qədir Rüstəmov ancaq hərbi hissələrə gedirdi, əsgərlərin toyunda oxuyurdu:
"İşğaldan sonra ömrünün qalan hissəsini hərbi hissələrdə keçirib. Qədir müəllim orada yatıb, orada dururdu. Ona geyim də vermişdilər, silah da. Mən çox istəyirdim ki, Qədir müəllimə hərbi titul versinlər. Verməsələr də Qədir müəllimi mən milli qəhrəman hesab edirəm. O, ömrünü cəbhədə keçirib. Nə olsun ki, xanəndə idi?! O qədər vətənpərvər, vətənini, torpağını sevən şəxs idi ki...
Cəbhədən kənarda yaşaya bilmirdi. Elə bilirdi ki, əsgərlərin yanında olanda Ağdamı daha tez işğaldan azad edəcəklər. Hərbi hospitallara gedib yaralı əsgərlər üçün mahnılar oxuyurdu. Vətənin çətin günlərində öz köməyini bu cür göstərirdi, əlindən gələni əsirgəmirdi".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
MədəniyyətGəncədə 400 illik sirr: Çökək hamamın heyrətamiz texnologiyası
Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən hesab edilən Gəncə şəhərinin tarixi abidələrindən biri də dörd əsrdən çox yaşı olan Çökək hamamdır.
MədəniyyətFizikadan musiqiyə uzanan yol - Səssizcə böyük irs qoyub gedən sənətkar
Bu gün Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbovun doğum günüdür.
MədəniyyətÜzeyir Hacıbəylinin tələbəsi, Qara Qarayevin müəllimi - Qısa ömürlü dahinin doğum günüdür
Milli romans, piano və simfonik musiqinin banisi Asəf Zeynallının doğum günüdür.
Mədəniyyətİşdən çıxarıldığını deyən Xalq artisti Əvəz Abdullayev: "Oyunu siz başladınız" - FOTO
"Bizim Opera və Balet Teatrının direktoruna və onun müavinlərinə xəbərdarlıq etmək istəyirdim ki, oyunu siz başladınız, biz də indi cavab verəcəyik".