Son dəqiqə
Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİBakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDIXəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən etiraf - FOTOXəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTOABŞ-İran danışıqlarının ikinci raundunda qərar olacaqmı? - Tərəflər təzyiqi artırırDominik Soboslay: "PSJ ilə matçda meydanda ölməyə də hazıram"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən etiraf - FOTO
Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən etiraf - FOTO
Cəmiyyət

Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən etiraf - FOTO

Bu gün
16:08
0 baxış
Paylaş:

Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.

Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.

Seysmoloji Xidmət Mərkəzinin Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli mövzu ilə bağlı Gundem.today-a danışıb.

O bildirib ki, zəlzələlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması hazırda mümkün deyil və bu, yalnız Azərbaycanda yox, ümumilikdə dünya elmi üçün açıq qalan məsələdir.

Onun sözlərinə görə, hər hansı seysmik hadisənin daha güclü zəlzələnin xəbərçisi olub-olmadığını da öncədən demək mümkünsüzdür:

"Uzun illərdir ki, bu sahədə araşdırmalar aparılır, lakin konkret nəticə əldə olunmayıb. Bəzən çoxsaylı zəif təkanlardan sonra güclü zəlzələ baş verir, bəzən isə belə olmur. Hətta heç bir xəbərdarlıq olmadan da güclü zəlzələ qeydə alına bilər".

T.Məmmədlinin sözlərinə görə, tarixdə də buna bənzər hallar müşahidə olunub:

"2000-ci illərin əvvəllərində Xəzər dənizində, Abşeronun şimal hissəsində bir neçə gün ərzində 150-yə yaxın seysmik təkan qeydə alınmışdı. Həmin vaxt güclü zəlzələ ehtimalı müzakirə olunsa da, belə bir hadisə baş vermədi. Daha sonra zəlzələ başqa ərazidə qeydə alındı. Bu da göstərir ki, hadisələr arasında birbaşa əlaqə qurmaq mümkün deyil".

Şöbə müdiri vurğulayıb ki, seysmik aktiv zonalarda zəlzələlərin baş verməsi hər zaman gözləniləndir, lakin konkret zaman demək olmur.

Onun sözlərinə görə, Azərbaycan ümumilikdə seysmik baxımdan aktiv zonaya daxildir və Abşeron yarımadasına təsir edən güclü zəlzələlərin ocaqları əsasən Xəzər dənizində yerləşir:

"Zəlzələ baş verəndə təsir yalnız ocaqda qalmır, ətraf ərazilərə də yayılır. Uzaq zonalarda baş verən zəlzələlər belə zəifləyərək Bakı və Abşeronda hiss edilə bilər. Adətən bu təsir 5 bala qədər, bəzi hallarda isə daha yüksək olur".

Tahir Məmmədli əlavə edib ki, son müşahidə olunan aktivliyin əsas səbəbi tektonik proseslərlə bağlıdır:

"Yer qabığında qırılma zonalarında müxtəlif istiqamətli hərəkətlər baş verir. Bu zaman gərginlik toplanır və müəyyən həddə çatdıqda boşalaraq zəlzələ yaradır. Əgər hansısa ərazidə aktiv qırılma zonası yoxdursa, orada güclü zəlzələ ehtimalı da aşağı olur".

O, həmçinin qeyd edib ki, zəlzələlərlə bağlı səsləndirilən bəzi açıqlamalar ehtimallara əsaslanır və qəti proqnoz kimi qəbul olunmamalıdır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Təbii_fəlakət#Zəlzələ

Oxşar Xəbərlər

Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİCəmiyyət

Azərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Bu gün
16:160
Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDICəmiyyət

Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı və 17-ci maddələrinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən "NNS Klinika" MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama aparılıb.

Bu gün
16:120
Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTOCəmiyyət

Xəzəri sakit buraxmayan təkanlar: Azərbaycanda zəlzələ narahatlığına əsas varmı? – Alimdən açıqlama - FOTO

Son günlər Xəzər dənizində qeydə alınan ardıcıl zəlzələlər ictimaiyyətdə narahatlıq yaradıb. Xüsusilə paytaxt və sahilyanı ərazilərlə bağlı bu yöndə suallar aktuallaşıb.

Bu gün
16:080
AQEM-in baş katibi Qadınlar Şurasının əsas məqsədini AÇIQLADICəmiyyət

AQEM-in baş katibi Qadınlar Şurasının əsas məqsədini AÇIQLADI

"Sülh, inkişaf üçün qadının səsi, rolu güclənməlidir".

Bu gün
15:430