Son dəqiqə
Uçuşlar azalır, qiymətlər artır: Səyahət planlarını alt-üst edən səbəblər - VİDEOGörkəmli rejissor Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edildi - VİDEOABŞ İrana zərbələri bərpa edəcək? - Tramp AÇIQLADIÖzünü maşının qarşısına ataraq xilas oldu - Fiziki məhdudiyyətli qıza qarşı törədilən zorakılığın TƏFƏRRÜATIBritaniyada terror təhlükəsi səviyyəsi yüksəldildiGediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
Siyasət

XİN 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

31 mart 2026
08:40
2 baxış
Paylaş:

Xarici İşlər Nazirliyi (XİN) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyi (XİN) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.

Gundem.today xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür.

1918-ci ilin martında Bakı Sovetinin 6000 və "Daşnaksutyun" partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar "əksinqilabçılıqla mübarizə" pərdəsi altında məhz milli nifrət zəminində törədilib.

Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Müstəqilliyimizin bərpasından sonra, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb.

Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq. 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımı qurbanı olmuş bütün həmvətənlərimizin əziz xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!"

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Prezident: "Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər" - FOTOSiyasət

Prezident: "Azərbaycan güləşçiləri bir daha sübut etdilər ki, Avropada bir nömrədirlər" - FOTO

"Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir".

Bu gün
23:420
Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTOSiyasət

Vatikanda Heydər Əliyev Fondunun dəstəyi ilə tarixi heykəllər restavrasiya olunacaq - FOTO

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Bu gün
17:500
Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTOSiyasət

Erməni lobbisinin uğursuz muzdlusu: Okamponun videosu kimləri ifşa etdi? - FOTO

"Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Nikol Paşinyan və komandasını hədəfə almaqla yenidən fəallaşması seçki ərəfəsində Ermənistanın revanşist dairələrindən, o cümlədən bütövlükdə gərginləşən situasiyadan faydalanmaq və bu proseslərdən qazanclı çıxmaq cəhdidir".

Bu gün
17:400
Vatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTOSiyasət

Vatikanla münasibətlər: Azərbaycanın multikulturalizm modeli Avropa mətbuatında - FOTO

"Müqəddəs Taxt-Tac ilə münasibətlərimiz həm məzmun, həm də əhatə baxımından yüksələn xətt üzrə inkişaf edir. Bu münasibətlər qarşılıqlı hörmətə və mədəniyyətlərarası dialoqun, dinlərarası anlaşmanın dərinləşdirilməsinə yönəlmiş ortaq və qətiyyətli öhdəliyə əsaslanır".

Bu gün
17:300