Son dəqiqə
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib - FOTOTramp sui-qəsd cəhdlərinə baxmayaraq, niyə zirehli jilet geyinmir?İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏTXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçiribAzərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklərSiyavuş Novruzov: "Konvensiyaya qoşulsaq, xaricə aliment ödəyənlərin çoxu azərbaycanlılar olacaq"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO
Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO
Cəmiyyət

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Bu gün
00:00
0 baxış
Paylaş:

İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

"Gördüm ki, fərqli vaxtlarda balansımdan ardıcıl şəkildə pul çıxılıb. Halbuki sistemdən cəmi bir dəfə istifadə etmişdim. Kartım məhdudlaşdırılmışdı və axşam, eləcə də səhər saatlarında iki dəfə vəsait silinmişdi", - deyə vətəndaşlardan biri Baku TV-yə bildirib.

Başqa bir vətəndaş isə qeyd edib:

"Məndən pul çıxıldığı dərhal görünmür. Evə çatandan sonra isə dalbadal mesajlar gəlir ki, bu qədər vəsait çıxılıb. Bəzən istifadə etdiyim halda da, etmədiyim halda da bildirişlər gəlir ki, pul çıxılacaq. Ona görə də artıq kartımda pul saxlamıram".

"Bakıkart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında həyata keçirilir.

Onun sözlərinə görə, bu səbəbdən sərnişin tərəfindən edilən ödənişlər bəzən dərhal, bəzən isə müəyyən vaxt intervalı ilə balansdan silinir:

"Hazırda 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərin ödənişləri bank kartlarından gecikmə ilə çıxılır. Sərnişin dünən ictimai nəqliyyatdan istifadə etmədiyi halda, bu gün niyə ödəniş çıxılıb deyə düşünə bilər. Bu, əvvəlki günlərə aid ödəniş ola bilər. Qəbzdə göstərilən RN kodu vasitəsilə hansı tarixdə gedişin baş verdiyini və ödənişin nə zaman həyata keçirildiyini dəqiqləşdirmək mümkündür. Əgər kartda kifayət qədər vəsait olmasa belə, ödəniş sistem tərəfindən həyata keçirilir və bu məbləğ sonradan borc kimi əks olunur. Bu halda kart məhdudlaşdırıla bilər".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#İctimai_nəqliyyat#Avtobus_marşrutu#Sakin_şikayəti

Oxşar Xəbərlər

İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏTCəmiyyət

İctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT

"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."

Bu gün
13:400
XRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçiribCəmiyyət

XRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

Bu gün
13:390
WUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDICəmiyyət

WUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI

"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".

Bu gün
13:300
"Nine Senses Fest 2026": Köklərdən inkişafa - FOTOCəmiyyət

"Nine Senses Fest 2026": Köklərdən inkişafa - FOTO

Bu yay Bakıda 12, 13 və 14 iyun tarixlərində keçiriləcək üçüncü "Nine Senses Fest 2026" festivalı ilə başlayır.

Bu gün
13:270