
Yaxın Şərq böhranı ABŞ-yə təsir etməyə başlayıb
ABŞ-nin böyük neft şirkətlərindən biri olan "Chevron" İrana qarşı aparılan hərbi əməliyyat səbəbindən Kaliforniyanın enerji böhranına girdiyi barədə xəbərdarlıq edib.
ABŞ-nin böyük neft şirkətlərindən biri olan "Chevron" İrana qarşı aparılan hərbi əməliyyat səbəbindən Kaliforniyanın enerji böhranına girdiyi barədə xəbərdarlıq edib.
Gundem.today xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, bu vəziyyət ştatın yanacağın təxminən 20%-ni Asiya ölkələrindən alması ilə bağlıdır ki, onlar da öz növbəsində Hörmüz boğazı vasitəsilə enerji təchizatından asılıdırlar. Qeyd olunur ki, Kaliforniya ABŞ-nin Texas və Luiziana enerji istehsal mərkəzləri ilə əlaqəli deyil. Bundan əlavə, son illərdə Kaliforniyada bir neçə neft emalı zavodu bağlanıb. Buna səbəb isə Kaliforniyada iqlim dəyişikliyi ilə mübarizə aparmaq və neft şirkətləri üçün mənfəəti azaltmaq məqsədi daşıyan yeni qanunvericilik məhdudiyyətlərinin olmasıdır.
"Kaliforniya idxaldan asılı olmağa qərar verib. Bu, təhlükəli bir oyundur", - deyə agentlik "Chevron" şirkətinin karbohidrogen emalı üzrə rəhbəri Endi Uolzun sözlərinə istinadən sitat gətirib. Qeyri-kommersiya təşkilatı olan Amerika Avtomobil Assosiasiyasının (AAA) açıqladığı rəqəmlərə əsasən, Kaliforniya ştatında bir qallon (3.8 litr) benzinin dəyəri ötən ay qeydə alınan 4.62 dollardan 5.82 dollara qədər kəskin bahalaşıb. Birləşmiş Ştatlar üzrə bu rəqəmin orta göstəricisi isə 3.97 dollar təşkil edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPakistanın diplomatik uğuru Hindistanda aranı qarışdırdı - Modi hökuməti hədəfdə
"Hindistan Milli Konqresi" (HMK) partiyası Pakistanın ABŞ və İran arasındakı sülh danışıqlarında oynadığı uğurlu rola görə Baş nazir Narendra Modinin hökumətini sərt tənqid edib.
DünyaDəhşətli cinayət: ABŞ-də keçmiş hərbiçi özünün yeddi övladını qətlə yetirdi-FOTO
Amerika Birləşmiş Ştatlarının Luiziana ştatında qeydə alınan qanlı hadisəni silahlı qüvvələrin keçmiş hərbi qulluqçusu Şamar Elkins həyata keçirib.
DünyaAvropada aviasiya yanacağı təlaşı - Aİ qıtlığa qarşı tədbirlər hazırlayır
Avropa İttifaqı (Aİ) üzv ölkələr arasında aviasiya yanacağının bölüşdürülməsinin optimallaşdırılması və onun alternativ tədarük mənbələrinin axtarışı üzrə təkliflər edəcək.
DünyaVaşinqton Tehrana nə təklif edib? - İran səfirindən açıqlama
İran ABŞ-nin 15 maddəlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər üzərindən Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib.