
Yeni təyinat və islahatlar: Səhiyyədə nələr dəyişəcək? - FOTO
"İcbari tibbi sığortanın icrası çərçivəsində həyata keçirilən son struktur dəyişiklikləri uzun illər aparılan mərhələli islahatların məntiqi davamıdır".
"İcbari tibbi sığortanın icrası çərçivəsində həyata keçirilən son struktur dəyişiklikləri uzun illər aparılan mərhələli islahatların məntiqi davamıdır".
Bu fikirləri Gundem.today-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yeni icraçı direktoru Anar Bayramovun təyinatını şərh edən Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O bildirib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur:
"Bu sistemin əsas prinsipi maliyyələşdirmə ilə tibbi xidmətlərin göstərilməsi funksiyalarının bir-birindən ayrılmasıdır. Hazırda həyata keçirilən struktur dəyişiklikləri, xüsusilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə inteqrasiyası bu istiqamətdə atılmış mühüm addımdır".
Deputat qeyd edib ki, bu inteqrasiya sosial müdafiə və səhiyyə sahələrində maliyyə mexanizmlərinin daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradacaq:
"Sosial müdafiə sistemində tətbiq olunan maliyyələşmə mexanizmlərinin üstünlüklərinin səhiyyə sisteminə inteqrasiyası nəticə etibarilə universal maliyyələşmə modelinin formalaşmasına gətirib çıxaracaq".
O vurğulayıb ki, ölkədə səhiyyə və sosial sahədə həyata keçirilən islahatlar birbaşa vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir:
"Bu istiqamətdə atılan addımlar, xüsusilə sosial xidmətlərə ehtiyacı olan əhalinin daha effektiv müdafiəsini təmin etməyə hesablanıb. Həm səhiyyə, həm də sosial sahədə aparılan islahatlar dövlətin prioritetləri sırasında xüsusi yer tutur".
Soltan Məmmədov TƏBİB-in funksional imkanlarının genişləndirilməsinin zəruriliyinə də toxunub:
"TƏBİB-in funksiyalarının genişləndirilməsi ilə yanaşı, xidmət sahəsində də keyfiyyət dəyişikliklərinə ehtiyac var. İcbari tibbi sığortanın əsas hədəflərindən biri keyfiyyətli tibbi xidmətlərin təmin olunması, bu xidmətlərin əhali üçün əlçatanlığının artırılması və xidmətlər zərfinin genişləndirilməsidir".
Deputatın sözlərinə görə, əsas diqqət xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və nəzarət mexanizmlərinin gücləndirilməsinə yönəlməlidir:
"Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayının artırılması ilə yanaşı, onların keyfiyyətinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan müalicə protokollarının düzgün hazırlanması, göstərilən xidmətlərə effektiv nəzarət sisteminin tətbiqi və əhali məmnuniyyətinin mütəmadi monitorinqi vacibdir".
O əlavə edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi də bu prosesin ayrılmaz hissəsidir:
"Milli Məclis tərəfindən qəbul olunmuş qanunların effektiv tətbiqi və bu qanunların icrası üçün zəruri normativ hüquqi aktların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir".
Deputat maliyyələşmə mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini də qeyd edib:
"Səhiyyə sistemində həm dövlət, həm də özəl sektor üzrə şəffaf və rəqabətə əsaslanan maliyyələşmə mexanizmləri formalaşdırılmalıdır. Tibb işçilərinin stimullaşdırılması üçün adekvat maliyyə alətləri tətbiq edilməli, bəzi tibbi xidmətlərə yenidən baxılmalıdır".
Soltan Məmmədov hesab edir ki, yeni struktur dəyişiklikləri səhiyyə və sosial sahələr arasında mövcud koordinasiya problemlərinin aradan qaldırılmasına şərait yaradacaq:
"Bu dəyişikliklər nəticəsində səhiyyə və sosial müdafiə sistemləri arasında əlaqə daha da güclənəcək və mövcud koordinasiya problemləri aradan qalxacaq".
Sonda deputat vurğulayıb ki, inteqrasiya olunmuş idarəetmə modeli xidmət keyfiyyətinin artırılmasına xidmət edir:
"Əsas məqsəd rəqabətqabiliyyətli və keyfiyyətli tibbi xidmətlərin təmin olunmasıdır. Bunun üçün effektiv maliyyələşmə mexanizmləri və vahid nəzarət sistemi formalaşdırılır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİran NATO-da parçalanma yaradır? - Avropanın Hörmüz boğazı ilə bağlı planı - VİDEO
"The Wall Street Journal" qəzetinin məlumatına görə, Avropa ölkələri NATO-nun ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərməsi üçün xüsusi planlar üzərində işləyir.
SiyasətTrampın Kuba ilə bağlı planları nələrdir? - VİDEO
Tramp Yaxın Şərqdən sonra diqqəti Karib hövzəsinə yönəldə biləcəyinə dair açıq siyasi siqnal verir. Son həftələrdə Kubaya münasibətdə ritorikanı sərtləşdirib.
Siyasətİsrail-Livan danışıqları: Sülhə doğru addım, yoxsa... - VİDEO
İsrail və Livan arasında Vaşinqtonda baş tutan birbaşa danışıqlar 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşdü. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlər rəsmi olaraq atəşkəsə nail olmaq və regionda sabitliyi bərpa etmək məqsədi daşıyır.
Siyasət"Mən, Lalə, bir də Şerlok Holms 2" filminin ikinci mövsümü ictimaiyyətə təqdim olunub
Aprelin 15-də Nizami Kino Mərkəzində İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü əsasında hazırlanan "Mən, Lalə, bir də Şerlok Holms 2" çoxseriyalı bədii televiziya filminin ikinci mövsümünün təqdimatı keçirilib.