
İsrail-Livan danışıqları: Sülhə doğru addım, yoxsa... - VİDEO
İsrail və Livan arasında Vaşinqtonda baş tutan birbaşa danışıqlar 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşdü. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlər rəsmi olaraq atəşkəsə nail olmaq və regionda sabitliyi bərpa etmək məqsədi daşıyır.
İsrail və Livan arasında Vaşinqtonda baş tutan birbaşa danışıqlar 1993-cü ildən bəri ilk belə təmas kimi tarixə düşdü. ABŞ-nin vasitəçiliyi ilə keçirilən görüşlər rəsmi olaraq atəşkəsə nail olmaq və regionda sabitliyi bərpa etmək məqsədi daşıyır.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Lakin tərəflərin niyyətləri fərqlidir. İsrail bildirir ki, əsas məqsəd "Hizbullah"ın tam tərksilah edilməsidir. Baş nazir Benyamin Netanyahu bunu uzunmüddətli sülhün əsas şərti adlandırır.
Hətta Təl-Əviv Cənubi Livanda təhlükəsizlik zonalarının yaradılması planını da gündəmə gətirib. Livan isə fərqli mövqedədir. Rəsmi Beyrut üçün prioritet İsrailin hücumlarının dərhal dayandırılması və ölkənin ərazi bütövlüyünün qorunmasıdır.
Livan rəhbərliyi bu görüşləri sadəcə ilkin təmas kimi qiymətləndirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətŞahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
"Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir".
SiyasətAzərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir
Bu gün Zəngilan şəhərində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilir.
SiyasətAzərbaycan və Rusiya rəsmiləri Zəngilan şəhərinə gediblər
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gediblər.
SiyasətMatviyenko: "AZAL təyyarəsi ilə bağlı məsələnin həlli Rusiya-Azərbaycan əlaqələri üçün yeni imkanlar yaradır"
"Rusiya və Azərbaycan arasında AZAL təyyarəsinin vurulması ilə bağlı insidentin həlli hər iki dövlətin ikitərəfli əlaqələrinin daha da genişləndirilməsinə yeni yollar açır".