
"Yüksəliş" müsabiqəsinin altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb
"Yüksəliş" müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.
"Yüksəliş" müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.
Gundem.today xəbər verir ki, iştirakçılar imtahan nəticələri ilə şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Ümumi biliklər imtahanında iştirak edən 10 176 nəfər namizəddən 8 551 nəfəri analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, bu mərhələyə keçid üçün tələb olunan minimum bal 60 bal müəyyən edilmişdi.
Növbəti mərhələyə keçid edən iştirakçıların 6 250 nəfəri kişi, 2 301 nəfəri isə qadındır. Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Belə ki, analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3 385 nəfəri 21-30 yaş, 4 362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaş aralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.
İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçının Bakı şəhəri üzrə qeydə alındığı görünür. Bakıdan 4 271 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.
Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.
Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, analitik təhlil imtahanında iştirak hüququ qazananların 53.35 faizi dövlət sektorunda, 44.13 faizi özəl sektorda, 1.42 faizi qeyri-hökumət təşkilatlarında, 1.1 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.
Qeyd edək ki, ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər 6-16 may tarixlərində keçiriləcək "Profili tamamla" turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.
"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBaytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı - FOTO
Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.
CəmiyyətNaxçıvanda daha bir həkim öldü - FOTO
Naxçıvanda həkim-infeksionist Abdulla Babayev vəfat edib.
CəmiyyətBakıda bahalı qəza: Beş avtomobil bir-birinə çırpıldı - FOTO - VİDEO
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətMingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib - FOTO
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 6-da Mingəçevir Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş maarifləndirmə sessiyası keçirilib.