
ABŞ-də kimyəvi zavodda qəza: Ölənlər və xəsarət alanlar var
ABŞ-nin Qərbi Virciniya ştatında kimyəvi maddələrin istehsal olunduğu sənaye müəssisəsində baş vermiş qıza nəticəsində iki nəfər həlak olub, 19 nəfər müxtəlif xəsarətlər alıb.
ABŞ-nin Qərbi Virciniya ştatında kimyəvi maddələrin istehsal olunduğu sənaye müəssisəsində baş vermiş qıza nəticəsində iki nəfər həlak olub, 19 nəfər müxtəlif xəsarətlər alıb.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Məlumata görə, fövqəladə vəziyyət "Catalyst Refiners" zavodunda yaranıb.
İlkin məlumatlara görə, istehsalın dayandırılması zamanı kimyəvi reaksiya baş verib ki, bu da zəhərli hidrogen-sulfid qazının əmələ gəlməsinə səbəb olub. Zərərçəkənlər arasında hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşları da var.
İnsanlar tibb müəssisələrinə müxtəlif yollarla, o cümlədən şəxsi nəqliyyat vasitələri ilə çatdırılıblar. Zərərçəkənlərdə tənəffüs yollarının zədələnməsi əlamətləri, məsələn, öskürək, tənəffüs çətinliyi və göz qıcıqlanması diaqnozları müşahidə edilib. Xəsarət alanların hamısı zəruri tibbi yardım alırlar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Brent" markalı neft bahalaşdı
Qlobal bazarda neft bahalaşıb.
DünyaBritaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar
Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.
DünyaYaponiyada güclü meşə yanğınları: Əhali evakuasiya olundu - VİDEO
Aprelin 22-də Yaponiyanın şimal-şərq hissəsində yerləşən İvate prefekturasının rəhbərliyi iki rayonu əhatə edən meşə yanğınları ilə əlaqədar Otsuçi şəhərindəki 1000-dən artıq sakini təhlükəsiz bölgəyə köçürüb. Alovun yayılmasının qarşısını almaq məqsədilə özünümüdafiə qüvvələrinin dəstələri hadisə yerinə cəlb olunublar.
Dünyaİran BMT-yə şikayət etdi: "Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur"
"İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir".