
ABŞ-nin hərbi dəniz qüvvələri naziri istefa verdi
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri Con Felan vəzifəsindən ayrılıb.
ABŞ-nin hərbi dəniz qüvvələri (HDQ) naziri Con Felan vəzifəsindən ayrılıb.
Gundem.today xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyinin (Pentaqon) mətbuat katibi Şon Parnell sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, nazirin istefa qərarı dərhal qüvvəyə minib.
Nazirin səlahiyyətlərini müvəqqəti olaraq əvvəllər Felanın müavini olmuş Hunq Kao icra edəcək.
CNN telekanalının məlumatına görə, Felan əvvəllər iş adamı kimi tanınıb, hərbi xidmət təcrübəsi olmayıb. O, Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra 2025-ci ildə HDQ naziri vəzifəsini tutub.
Telekanal bildirib ki, bundan əvvəl Felan həyat yoldaşı ilə birlikdə Trampın seçkiqabağı kampaniyası üçün vəsait toplamaqla məşğul olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Brent" markalı neft bahalaşdı
Qlobal bazarda neft bahalaşıb.
DünyaBritaniya Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar
Müvafiq qərar qəbul olunarsa, Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını minalardan təmizləmək üçün əməliyyatlara başlamağa hazırdır.
DünyaYaponiyada güclü meşə yanğınları: Əhali evakuasiya olundu - VİDEO
Aprelin 22-də Yaponiyanın şimal-şərq hissəsində yerləşən İvate prefekturasının rəhbərliyi iki rayonu əhatə edən meşə yanğınları ilə əlaqədar Otsuçi şəhərindəki 1000-dən artıq sakini təhlükəsiz bölgəyə köçürüb. Alovun yayılmasının qarşısını almaq məqsədilə özünümüdafiə qüvvələrinin dəstələri hadisə yerinə cəlb olunublar.
Dünyaİran BMT-yə şikayət etdi: "Ərəb ölkələrinin ərazilərindən bizə qarşı istifadə olunur"
"İran hakimiyyəti bildirib ki, ABŞ bu ölkəyə qarşı hücumlar planlaşdırmaq, hazırlamaq və həyata keçirmək üçün Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanının ərazi və hava məkanlarından istifadəni davam etdirir".