Son dəqiqə
Kəmaləddin Heydərov Bibiheybətdəki təhlükəli ərazidə olub, tapşırıqlar verib - FOTO - VİDEOXalq artistinin xanımı: "Qədir Rüstəmova silah vermişdilər"İlham Əliyevin İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olubQadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu"Arsenal" rəhbərliyi Mikel Artetanın qarşısına şərt qoyduQida borusunda yemək qalan qadın öldü
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?
ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?
Dünya

ABŞ və İsrailin İrana qarşı yeni genişmiqyaslı hücumu nə zaman icra olunacaq?

Bu gün
11:56
0 baxış
Paylaş:

ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədi daşıyan genişmiqyaslı birgə hücumlar planını təsdiqləyiblər.

ABŞ və İsrail silahlı qüvvələri İranın əsas enerji infrastruktur obyektlərini məhv etmək məqsədi daşıyan genişmiqyaslı birgə hücumlar planını təsdiqləyiblər.

Gundem.today xəbər verir ki, bu barədə mənbələrə istinadən ABŞ-nin nüfuzlu "Axios" nəşri məlumat yayıb.

Bildirilib ki, hazırlanmış hərbi planın həyata keçirilməsi Vaşinqtonun İranla danışıqlar zamanı ilkin razılığa gəlmək üçün müəyyən etdiyi son tarixin bitməsinə qədər təxirə salınır.

ABŞ Prezidenti Donald Tramp aprelin 5-də "Axios"a verdiyi müsahibədə aprelin 7-dək İranla sövdələşmənin bağlanması şanslarının yüksək olduğunu bəyan edib. Əvvəllər o, sosial şəbəkə hesabında İranın aprelin 6-dək Hörmüz boğazını açmadığı təqdirdə enerji və mülki infrastruktura zərbələr endirməklə hədələyib.

Bununla yanaşı, ABŞ lideri İranla mümkün sövdələşmənin bağlanması müddətini yerli vaxtla aprelin 7-si 20:00-a qədər (Bakı vaxtı ilə aprelin 8-i saat 4:00 - red.) uzadıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ#İsrail#İran#hərbi_plan#enerji_infrastrukturu#Donald_Tramp#Axios_nəşri#Hörmüz_boğazı#müştərək_hücum#ABŞ-İran_danışıqları#hərbi_zərbə

Oxşar Xəbərlər

ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdıDünya

ABŞ-də son 24 ilin REKORDU: Maye qaz gəliri 5,5 milyard dollara çatdı

ABŞ Milli Statistika Xidmətinin məlumatına görə, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qaz (LNG) ixracı sahəsində yeni tarixi rekorda imza atıb.

Bu gün
13:320
SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEODünya

SAXAL Livanda "Hizbullah"ın silah anbarlarını məhv etdi - VİDEO

Livanda mülki əhalinin məskunlaşdığı ərazidə gizlədilən bir sıra terror infrastrukturu və silah anbarları məhv edilib.

Bu gün
13:161
Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıbDünya

Daha bir Afrika ölkəsi ABŞ-dən deportasiya olunanları pul müqabilində qəbul etməyə razılaşıb

Konqo Demokratik Respublikası (KDR) Birləşmiş Ştatlardan deportasiya olunan üçüncü ölkə vətəndaşlarına sığınacaq verəcək.

Bu gün
12:520
Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQDünya

Avropa Komissiyasından Aİ ölkələrinə büdcə böhranı ilə bağlı XƏBƏRDARLIQ

Avropa Komissiyası (AK) Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərini xəbərdar edib ki, enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyatın dəstəklənməsinə həddən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.

Bu gün
12:440