
Bakıda normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır - VİDEO
Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Gundem.today xəbər verir ki, Binəqədi rayonunun bəzi qəsəbələrində xüsusi texniki qurğuların cəlb olunması ilə işlər davam etdirilir.
İşlər Biləcəri qəsəbəsi, İpək yolu və Sənan Zamanov küçələrində, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində, Xocəsən qəsəbəsi, Ulduz və Şollar küçələrində davam edir.
Bildirilib ki, əraziyə su nasosları, xüsusi texniki qurğular və ehtiyac olan yerlərə ağır texnikalar cəlb olunub.
Bununla yanaşı, Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində intensiv yağışların yaratdığı fəsadlar müvafiq qurumlar tərəfindən aradan qaldırılıb.
A post shared by Gundem.today (@oxuaz)
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətYol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Cəmiyyətİtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ - FOTO
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.
CəmiyyətKeşlədə kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanılıb
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
CəmiyyətFHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.