
Keşlədə kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanılıb
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Gundem.today-a verilən məlumata görə, qurumun sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub.
ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.
Qeyd edilib ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuqun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub.
Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları tapşırılıb.
Həmçinin, kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb. Aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSərnişinlər üçün ictimai nəqliyyatda görünməyən təhlükə - Cibgirlərdən necə qorunmalı?
Son günlər Bakıda ictimai nəqliyyatda baş verən cibgirlik hadisələri bu problemi yenidən gündəmə gətirib. Daxili İşlər Nazirliyi marşrut avtobuslarından birində baş verən cibgirlik faktı ilə bağlı məlumat və görüntülər yayıb. Məlumata görə, sərnişinin içərisində 200 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı şəxs saxlanılıb. Elə həmin gün metro stansiyalarının birində də oxşar hadisə qeydə alınıb və sərnişinin çantasından pulqabısı ilə yanaşı m
CəmiyyətYol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə və piyadalara xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağıntılı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Cəmiyyətİtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ - FOTO
Çinkve-Terre möhtəşəm gözəlliyi və rahat həyat tempi ilə məşhurdur. İtaliyanın bu milli parkı "Beş torpaq" kimi tanınır və Liquriya sahillərində ən çox ziyarət edilən turistik məkandır. Beş kəndin - Monterosso, Vernatsa, Kornilya, Manarola və Riomaccoreni birləşdirən İtaliya Rivierasının bu hissəsi 1997-ci ildən UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxildir. Yerli sakinlər hesab edirlər ki, bu qərarın müsbət təsiri var. Yerli sakinlərin həyat tərzi dəyişib və mənzərə toxunulmaz qalıb.
CəmiyyətBakıda normadan artıq yağan yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı işlər aparılır - VİDEO
Bakının bir sıra ərazilərində normadan artıq yağın yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.