Son dəqiqə
ABŞ-də federal işçi Trampı hədələməkdə ittiham olunurAtasını öldürməkdə təqsirləndirilən gəncə ittiham elan olunub"Araşdırın!" filmi 48 il sonra dövlət fondunun arxivinə daxil edildi - FOTOVüsal Nəsirli generalın oğlunu İŞDƏN ÇIXARDI - FOTORusiyada qaz sızması: Müəllim və 14 şagird zəhərləndilərDövlət Xidmətlərinin Elektron Reyestrinin əsasnaməsi təsdiq edilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri - FOTO
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri - FOTO
Digər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri - FOTO

26 mart 2026
11:05
5 baxış
Paylaş:

Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Minilliklər boyu xalqımızın yaddaşında yaşayan, baharın gəlişini müjdələyən və hər evə sevinc, yenilənmə ruhu gətirən Novruz bayramı bu il də ölkəmizdə yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar tərəfindən respublikanın müxtəlif bölgələrində uşaqlar üçün bayram şənlikləri keçirilib, azyaşlılara unudulmaz anlar bəxş olunub.

Tədbirlərin məqsədi gələcəyimiz olan uşaqların asudə vaxtını səmərəli təşkil etməklə yanaşı, zəngin milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin gənc nəslə aşılanması, onlarda Novruzun yaratdığı birlik və sevinc ruhunun yüksəldilməsidir.

Bayram proqramlarında şəhid övladlarının iştirakı xüsusi diqqətdə saxlanılıb. Eyni zamanda uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum uşaqlarla görüşlər keçirilib, onlarla bayram sevinci bölüşülüb.

Novruzun sevilən personajları - Kosa, Keçəl və Bahar qızının maraqlı çıxışları, şən zarafatları və uşaqlarla birgə rəqsləri tədbirlərə fərqli ab-hava qataraq balacaların sevincini artırıb.

Bayram günlərində həmçinin AHİK-in sağlamlıq və istirahət mərkəzlərində də Novruz şənlikləri təşkil olunub, tonqallar qalanıb, müxtəlif əyləncəli proqramlar təqdim edilib.

Tədbirlərdə çıxış edən AHİK nümayəndələri Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə beynəlxalq müstəvidə Novruz bayramının tanıdılması istiqamətində həyata keçirilən tədbirlərdən, həmçinin ölkəmizdə uşaqların sağlam və firavan böyüməsi, Vətənə sədaqət ruhunda yetişməsi üçün yaradılan şəraitdən danışıblar. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların rifahına yönəlmiş sosial-humanitar təşəbbüslərinin əhəmiyyəti vurğulanıb, mədəniyyət və incəsənətlə bağlı layihələrinin Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rolundan bəhs olunub.

Qeyd edək ki, bu il Novruz bayramının yenilənmə ruhu ilə Ramazan ayının mənəvi kamillik çağırışı eyni günlərə təsadüf edib. AHİK, qurumun üzv və tabe təşkilatları tərəfindən Ramazan ayı boyunca ittifaq üzvləri və şəhid ailələrinin iştirakı ilə iftar süfrələri təşkil olunub. İftar süfrələri ətrafında bir araya gələn həmkarlar ittifaqı üzvləri müqəddəs ayın mənəvi dəyərlərini bölüşərək ölkəmizə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıblar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olunduDigər

Ziyabəddin Hüseynov Elektronlaşdırma və Nəzarət Mərkəzinə direktor təyin olundu

Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.

Bu gün
15:000
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrindəDigər

"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində

"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC regionun ən böyük texnologiya və süni intellekt tədbirlərindən biri - "GITEX AI 2026"da iştirak edib.

Bu gün
14:540
Maraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsiDigər

Maraqlı konsepsiya: Qədim keçəçilik ənənəsinin yeni hekayəsi

Bakı Abadlıq Xidmətinin 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təqdim etdiyi stendin konsepti böyük maraqla qarşılanıb.

Bu gün
14:040
Keçəçiliyin ixrac potensialıDigər

Keçəçiliyin ixrac potensialı

Mütəxəssislərin rəyincə, yararsız tullantı hesab olunan tonlarla yunun mulça örtüyü kimi təbii gübrə istehsalına yönəldilməsi diqqətəlayiq fikirdir.

Bu gün
14:040