Son dəqiqə
Xalq artisti: "Bu, islahat deyildi, teatra olan çox səhv bir münasibət idi" - VİDEOAzərbaycanda rekord: Katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildiZabrat yolunda TƏHLÜKƏLİ VƏZİYYƏT: "Maşınların təkərləri partlayır, diskləri əyilir" - VİDEOABŞ-nin növbəti hədəfi - Həyəcanlı açıqlama39 yaşlı kişinin faciəli ölümünün TƏFƏRRÜATI: Qonşu qonaq otağında meyiti ilə qarşılaşıbİtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO
İqtisadiyyat

Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır - FOTO

Bu gün
10:52
0 baxış
Paylaş:

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixdən tədavülə buraxılmasını elan edir.

Gundem.today xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi "Spark Flow Prime" elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən "Manat" simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə məhdudiyyətli olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Yenilənmiş 100 manatın üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Bildirilib ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Azərbaycan_Mərkəzi_Bankı#yeni_100_manat#yenilənmiş_pul_nişanı#100_manatlıq_əsginas#tədavülə_buraxılma#mühafizə_elementləri#Taleh_Kazımov#manat_dizaynı#banknot_yenilikləri#milli_valyuta.

Oxşar Xəbərlər

Üfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənibİqtisadiyyat

Üfüqi monitorinqə qəbul üçün müraciət qaydası təsdiqlənib

"Üfüqi monitorinqə qəbul üçün müraciət edən vergi ödəyicisi tərəfindən təqdim olunan ərizənin forması və doldurulma Qaydası" təsdiqlənib.

Bu gün
10:480
Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edibİqtisadiyyat

Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib

Azərbaycan Ermənistandan ilk dəfə mal idxal edib.

Bu gün
10:220
Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçirilə bilərİqtisadiyyat

Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçirilə bilər

"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Bu gün
10:180
Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcəkİqtisadiyyat

Əlilliyi olan şəxslərin əl işlərinin elektron satışı ilə bağlı VERGİ YOXLAMASI keçiriləcək

"Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarda dəyişiklik edilib.

Bu gün
10:180