
"Azərsilah"ın məhsulları İstanbuldakı "SAHA 2026" sərgisində nümayiş olunur
Mayın 5-də Türkiyə Respublikasının İstanbul şəhərində 5-ci "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Mayın 5-də Türkiyə Respublikasının İstanbul şəhərində 5-ci "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki ildən bir təşkil olunan sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 75 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir.
Tədbirdə dünyanın müxtəlif ölkələrinin silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, rabitə vasitələri, döyüş sursatları, zirehli texnika, təyyarələr, pilotsuz uçuş aparatları, sualtı qayıqlar, döyüş gəmiləri və s. sərgilənir.
Qeyd edək ki, sərgi çərçivəsində nazir V.Mustafayevin bir çox ölkələrin rəsmi şəxsləri və şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
"SAHA 2026" sərgisi mayın 9-da başa çatacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Ordu"EFES-2026" təliminə hazırlıq prosesi davam edir - VİDEO
Hərbi qulluqçularımızın iştirakı ilə Türkiyə Respublikasında keçirilən "EFES-2026" çoxmillətli təliminin hazırlıq məşqləri davam edir.
OrduAzərbaycanın silah strategiyası: Ukrayna və Çexiya ilə razılaşmalar nə vəd edir?
Azərbaycanın müdafiə sahəsində xarici tərəfdaşlarla əməkdaşlığını genişləndirməsi bəzi analitik dairələrdə mahiyyətinə müəyyən çalarlar vermək cəhdləri ilə müşayiət olunur.
OrduMüdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
Müdafiə Nazirliyi həftə ərzində baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb.
OrduAzərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar - FOTO
Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.