Son dəqiqə
Premyer Liqa: "Sabah" "Şamaxı"ya qalib gəldiTbilisidə Azərbaycan vətəndaşı saxlanılıbİsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcəkİngiltərədə evdə şübhəli partlayışda iki nəfər həyatını itirib"Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edibNetanyahudan İrana sərt mesaj: "Pilotlarımız hazırdır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Bakı Marafonu 2026"da yarış başa çatdı - FOTO
"Bakı Marafonu 2026"da yarış başa çatdı - FOTO
İdman

"Bakı Marafonu 2026"da yarış başa çatdı - FOTO

Bu gün
16:32
0 baxış
Paylaş:

Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"da yarış başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında da qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"da yarış başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında da qaliblərin mükafatlandırılması mərasimi olacaq.

1-ci yerin sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək. Daha qısa məsafə üzrə də mükafatlar təqdim ediləcək. 21 km yarımmarafon məsafəni qət edən ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.

İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulublar. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak ediblər.

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

Gundem.today xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.

Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.

Qeyd edək ki, bu il ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb.

Məhərrəm Əliyev

"Bakı Marafonu 2026" başlayıb.

Gundem.today xəbər verir ki, paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.

Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışırlar.

Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, "fan zona"da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.

Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Bakı_Marafonu_2026

Oxşar Xəbərlər

"Vilyarreal" klub tarixində ilkə imza atdıİdman

"Vilyarreal" klub tarixində ilkə imza atdı

"Vilyarreal" klub tarixində ilk dəfə ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasında iştirak edəcək.

Bu gün
17:120
ABŞ-də faciə: İdman komandasının üzvləri təyyarə qəzasında həlak oldularİdman

ABŞ-də faciə: İdman komandasının üzvləri təyyarə qəzasında həlak oldular

ABŞ-də piklbol üzrə idman komandasının üzvləri turnirə gedərkən təyyarə qəzası nəticəsində həlak olublar.

Bu gün
16:240
Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"İdman

Finiş xəttini birinci keçən idmançı Əhməd Alkanoğlu: "Bakı Marafonu"nda qalib olmaq böyük xoşbəxtlikdir"

"Daha əvvəl Bakıda yarı marafonu qazanmış idmançı kimi yenidən burada - "Bakı Marafonu"nda qalib olmaq mənim üçün böyük xoşbəxtlikdir".

Bu gün
14:160
"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTOİdman

"Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşdi - FOTO

Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"nın qalibi müəyyənləşib.

Bu gün
14:020