
Belarusun Azərbaycandakı səfiri Baku TV-nin qonağı olub
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub.
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç Baku TV-nin ofisində qonaq olub.
Gundem.today xəbər verir ki, görüş zamanı telekanalın direktoru Ramin Cəfərov səfiri kanalın iş prinsipləri, rəqəmsal media uğurları və Çin, Özbəkistan, Qazaxıstanın aparıcı media qurumları ilə imzalanmış əməkdaşlıq memorandumları barədə məlumatlandırıb.
Səfir Dmitri Pineviç Baku TV-nin texnoloji imkanlarını təqdir edərək bildirib ki, o, Baku TV ilə yanaşı, "Global Media Group"a daxil olan digər media resurslarının da fəaliyyətini, hazırlanan xəbərlərə peşəkar yanaşmanı daim izləyir və yüksək qiymətləndirir. O, Azərbaycan və Belarus arasında media platformaları üzərindən qurulacaq bağların hər iki xalq üçün faydalı olacağını və dürüst informasiya axınının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə gələcək tərəfdaşlıq və birgə layihə imkanları da müzakirə olunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİctimai nəqliyyatda bank kartlarından əlavə vəsait tutulması məsələsinə RƏSMİ MÜNASİBƏT
"NFC ödənişləri zamanı bəzi hallarda vəsait bank kartlarından dərhal deyil, müəyyən gecikmə ilə tutula bilər."
CəmiyyətXRİTDX-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə görüş keçirib
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) ABŞ Dövlət Departamentinin Kiberməkan və Rəqəmsal Siyasət Bürosunun (CDP) nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
CəmiyyətWUF13: Bakıdakı beynəlxalq forumda iştirak üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI
"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak üçün müxtəlif ölkələrdən 25 minə yaxın iştirakçı qeydiyyatdan keçib".
Cəmiyyət"Nine Senses Fest 2026": Köklərdən inkişafa - FOTO
Bu yay Bakıda 12, 13 və 14 iyun tarixlərində keçiriləcək üçüncü "Nine Senses Fest 2026" festivalı ilə başlayır.