
Britaniya kəşfiyyatı: "100 ölkə haker texnologiyaları əldə edib"
Böyük Britaniya kəşfiyyatının məlumatına görə, dünyada 100 ölkə Birləşmiş Krallığın infrastrukturuna müdaxilə etmək imkanına malik olan texnologiyalar əldə edib.
Böyük Britaniya kəşfiyyatının məlumatına görə, dünyada 100 ölkə Birləşmiş Krallığın infrastrukturuna müdaxilə etmək imkanına malik olan texnologiyalar əldə edib.
Gundem.today xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Milli Kibertəhlükəsizlik Mərkəzinin (NCSC) hesabatında qeyd olunur ki, haker proqram təminatına əlçatanlıq səviyyəsi sürətlə asanlaşır.
Tədqiqatın nəticələri aprelin 22-də Qlazqoda keçiriləcək "CyberUK" konfransında təqdim olunacaq.
Ekspertlərin qiymətləndirməsinə əsasən, son 20 il ərzində "Pegasus" və ya "Predator" kimi kommersiya casus proqramları bazarı bütöv bir sənayeyə çevrilib. Əvvəllər bu cür alətlər əsasən dissidentlərə qarşı tətbiq edilirdisə, hazırda iri korporasiyaların rəhbərləri və bank sektoru hücumların əsas hədəflərinə çevrilir.
Kəşfiyyat məlumatlarına görə, ümummilli əhəmiyyət daşıyan kiberhücumların sayı son bir ildə iki dəfə artıb. Qurum vurğulayır ki, əksər hallarda bu hücumlar cinayətkar qruplaşmalar tərəfindən deyil, məhz dövlət strukturları tərəfindən həyata keçirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİrandan hərəkət edən yük gəmisi Oman körfəzində atəşə tutuldu - FOTO
İrandan hərəkət edən yük gəmisi Oman körfəzi sularında atəşə məruz qalaraq dayandırılıb.
DünyaTrampdan İrana SON ŞANS: Atəşkəs yenə uzadılır?
ABŞ Prezidenti Donald Tramp İrana öz təkliflərini hazırlaması üçün əlavə bir neçə gün vaxt verməyə razıdır. Əgər bu baş verməsə, elan olunan atəşkəs başa çatacaq.
DünyaRafael Qrossi: "BAEA-sız ABŞ və İran arasındakı razılaşma sadəcə illüziya olacaq"
ABŞ və İran arasındakı ehtimal olunan razılaşma, prosesə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) cəlb edilməyəcəyi təqdirdə sadəcə razılaşma illüziyasına çevriləcək.
Dünya"Axios": Ağ Ev İranla bağlı razılaşma üçün Müctəba Xameneinin cavabını gözləyir
ABŞ hakimiyyəti və Pakistan vasitəçiləri İranın ali lideri Müctəba Xameneinin münaqişənin nizamlanması üzrə son təklifə cavabını gözləməkdədirlər.