
Britaniyada əkiz bacılar DNT testi etdilər - Nəticələr hər kəsi təəccübləndirdi
Ömürləri boyu eyni valideynlərdən dünyaya gəlmiş əkizlər olduqlarını düşünən 49 yaşlı Laviniya və Mişel Osborn, DNT analizi verdikdən sonra fərqli atalara sahib olduqlarını öyrəniblər. Bu hadisə elmdə heteropaternal superfekundasiya adlandırılan olduqca nadir bioloji fenomenin nümunəsidir.
Ömürləri boyu eyni valideynlərdən dünyaya gəlmiş əkizlər olduqlarını düşünən 49 yaşlı Laviniya və Mişel Osborn, DNT analizi verdikdən sonra fərqli atalara sahib olduqlarını öyrəniblər. Bu hadisə elmdə heteropaternal superfekundasiya adlandırılan olduqca nadir bioloji fenomenin nümunəsidir.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Dünyada bu cür 20-dən az hadisə qeydə alınıb, Böyük Britaniya üçün isə bu, ilk belə haldır. Beləliklə, Laviniya və Mişelin müxtəlif yumurtahüceyrəli əkizlər və sadəcə ana tərəfdən doğma bacı olduqları üzə çıxıb.
Bacılar bu faktı dörd il əvvəl, 45 yaşlarında olarkən biliblər. İlk olaraq Mişel "Ancestry" genealoji şirkətində DNT testindən keçib. Daha sonra Laviniya da eyni analizi verib. Nəticələr 2022-ci ilin fevral ayında, qadınların analarının vəfatından cəmi bir neçə saat sonra məlum olub. Testlər təkcə bacıların öz ataları hesab etdikləri şəxslə heç bir genetik bağlarının olmadığını deyil, həm də onların tamamilə fərqli atalardan olduqlarını sübut edib.
Sonrakı axtarışlar nəticəsində Mişel bioloji atası olan Aleksi tapmağa müvəffəq olub. O, narkotik və spirtli içki aludəçisidir və Brikston küçələrində dilənçilik edir. Laviniya isə bacısının köməyi ilə öz atası Arturu tapıb. O, atası ilə mehriban münasibətlər qurub və ona ata deyə müraciət edir. Bu hadisədən sonra o, həm də beş yeni ögey bacı-qardaş qazanıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində keçmiş sevgililərin süni intellekt "surətini" yaradan servis hazırlanıb
Çində keçmiş sevgililərin süni intellekt əsaslı rəqəmsal surııtini yaratmağa imkan verən yeni servis təqdim olunub.
Dünya"Tesla" İlon Maskın 12 rəqəmli maaşını açıqladı
Amerikalı iş adamı İlon Maskın 2025-ci il üçün "Tesla"dakı mümkün maaşı 12 rəqəmli ola bilər və 158 milyard dollara çata bilər.
DünyaKİV: Yeni araşdırma melatonin və maqneziumun yuxu üçün təsirsiz olduğunu göstərib
Yeni araşdırma göstərib ki, milyonlarla insanın istifadə etdiyi melatonin və maqnezium yuxuya getməni əhəmiyyətli dərəcədə yaxşılaşdırmır.
DünyaMeksikada ştat qubernatoru ABŞ-nin ittihamlarından sonra vəzifəsini tərk etdi
Meksikanın Sinaloa ştatının qubernatoru Ruben Roça Moya ABŞ-nin narkotik ticarəti ilə bağlı ittihamlarından sonra səlahiyyətlərini müvəqqəti dayandırdığını açıqlayıb.