
Cərimənin ödənişi yerində tələb oluna bilməz - Qanun nə deyir? - VİDEO
Müəyyən hallarda yerə zibil atdıqda və ya digər qaydaları pozduğunuza görə cərimə oluna bilərsiniz. Bəzən isə cərimənin ödənişi qanunsuz olaraq yerində tələb oluna bilir.
Müəyyən hallarda yerə zibil atdıqda və ya digər qaydaları pozduğunuza görə cərimə oluna bilərsiniz. Bəzən isə cərimənin ödənişi qanunsuz olaraq yerində tələb oluna bilir.
Gundem.today-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu cərimənin ödənişinin yerində tələb olunması ilə bağlıdır.
İnzibati Xətalar Məcəlləsinin 150.4-cü maddəsində deyilir ki, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödənilməlidir. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə və "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsisteminə göndərilir.
Həmçinin onu da əlavə edək ki, inzibati cərimə növündə inzibati tənbehvermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtda fəaliyyət göstərən mağazadan şikayət: Polis hərəkətə keçdi - VİDEO
Paytaxtda fəaliyyət göstərən "Mister Wood" mağazası ilə bağlı şikayət var.
Cəmiyyət"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Bakıdakı məşhur şadlıq saraylarından birində istehlak üçün nəzərdə tutulan ətlərdə at DNT-si aşkarlanıb. Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
CəmiyyətBakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO
Kreditlə dişlərini müalicə etdirmək istəyən şəxs həm pulundan, həm də sağlamlığından olduğunu iddia edir.
CəmiyyətAlıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət və ictimai iaşə obyektlərində, o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı altında süni kürü məhsullarının təqdim edildiyi aşkarlanıb.