
Çində dəhşətli ölüm: Arıqlama düşərgəsinə gedən şəxs üç gün sonra həyatını itirdi
Çinli bir kişi arıqlamaq üçün getdiyi düşərgədə həyatını itirib.
Çinli bir kişi arıqlamaq üçün getdiyi düşərgədə həyatını itirib.
Gundem.today "Sohu" nəşrinə istinadən xəbər verir ki, bədbəxt hadisə Şandun əyalətinin Tayan şəhərindəki arıqlama düşərgəsində baş verib. Hou adlı sakin təlimlər, qidalanma və yaşayış yerini əhatə edən 56 günlük proqrama yazılıb.
İştirakçının imzaladığı müqaviləyə əsasən, onlar 56 gün ərzində təxminən 17.5 kq çəki itirməli və ya bədən həcmlərini azaltmalı idilər. Nəticə əldə edilmədiyi təqdirdə iştirakçılara pulsuz təkrar kurs təklif olunurdu. Müqavilədə ürək xəstəliyi olan şəxslərin düşərgəyə qeydiyyatı qadağan edilirdi.
Hounun bacısı bildirib ki, qardaşı bu yaxınlarda babasil əməliyyatı keçirib, lakin özünü tam sağlam hiss edib və düşərgəyə velosipedlə sərbəst şəkildə gedib. Cəmi üç gün sonra Hou dünyasını dəyişib. Düşərgə rəhbərliyi iddia edir ki, yeni gələnlər hələ adaptasiya dövründə olduqları üçün onlara ağır fiziki yüklənmələr tətbiq edilmir.
Mərhumun yaxınları müəssisəni məsuliyyətsizlikdə günahlandıraraq araşdırma tələb ediblər. Düşərgə əməkdaşları isə günahlarını inkar edir və uyğunlaşma günlərində təlimlərin olmadığını vurğulayırlar. Hazırda yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaş ötdükcə dəri prosedurlarının effektivliyi niyə azalır?
40 yaşdan etibarən kosmetoloji prosedurlardan sonra dərinin bərpaolunma qabiliyyəti zəifləyir.
DünyaDünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEO
ABŞ vətəndaşı, dünyanın ən yaşlı rahibəsi sayılan Frensis Piskatella 113 yaşını qeyd edib.
DünyaTürkiyə Estoniyada silah zavodu inşa edəcək
Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.
DünyaXərçəngin aşkarlanması üçün altı adi analiz - Rusiyalı həkimdən maraqlı açıqlama
Klinikalarda verilən 6 adi analiz onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanmasına kömək edə bilər.