
ABŞ-də 26 il həbsdə yatan şəxs bəraət aldı
ABŞ-nin Denver şəhərində körpə uşağın qətlində ittiham olunaraq 26 ilini həbsxanada keçirən şəxsə bəraət verilib.
ABŞ-nin Denver şəhərində körpə uşağın qətlində ittiham olunaraq 26 ilini həbsxanada keçirən şəxsə bəraət verilib.
Gundem.today "People" nəşrinə istinadən xəbər verir ki, məhkəmə hökmü yeni tibbi ekspertizaların rəyi əsasında ləğv edib. Məlum olub ki, uşaq zorakılıq nəticəsində deyil, pnevmoniyadan dünyasını dəyişib.
Hadisə 1998-ci ildə baş verib. Həmin vaxt kişi sevgilisinin bir yaşlı qızı üçün təcili yardım çağıraraq, körpənin nəfəs ala bilmədiyini bildirib. Hadisə yerinə gələn həkimlər uşaqda kəllə sümüyünün sınığını aşkar ediblər və körpə sonradan xəstəxanada vəfat edib. İlkin istintaq zamanı həmin şəxs ağlayan uşağı silkələdiyini və təsadüfən başını çarpayıya vurduğunu "etiraf etmişdi". Bu ifadə əsasında 2000-ci ildə ona ömürlük həbs cəzası kəsilmişdi.
26 il sonra isə bir neçə nüfuzlu mütəxəssis yeni tibbi rəy təqdim edərək, körpənin travmalardan deyil, pnevmoniyanın yaratdığı ağırlaşmalardan öldüyü qənaətinə gəliblər. Hətta 1998-ci ildə meyit üzərində yarılma aparan məhkəmə-tibb eksperti də uşağın ölüm səbəbi ilə bağlı ciddi şübhələrin olduğunu etiraf edib.
Yerli prokurorluq 26 il həbsdə yatan şəxsin günahını sübut etmək mümkün olmadığı üçün cinayət işinə xitam verib. Məhkəmə hökmü ləğv etsə də, dünyasını dəyişən uşağın ailəsi hələ də həmin şəxsi günahkar hesab edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlı71 tonluq qatarı dartan şərurlu pəhləvan: Rekordlar kitabında adı olan Əliyar Musayev - FOTOREPORTAJ
64 yaşlı pəhləvan Əliyar Musayevin bu sahəyə marağı hələ uşaqlıq illərindən başlayıb. O, 10 yaşından idmanla məşğul olub.
MaraqlıEv üçün ətir necə seçilməlidir: Parfümerdən faydalı məsləhətlər
Eviniz üçün uyğun qoxu seçimi zamanı onun funksionallığına, otağın parametrlərinə və bir sıra digər detallara diqqət yetirmək vacibdir.
MaraqlıAğıl dişləri nə vaxt çıxarılmalıdır?
Ağıl dişləri (səkkizinci dişlər) kariesə, damaq iltihablarına və bəzi hallarda kök nahiyəsində kistaların yaranmasına yol aça bilər.
MaraqlıAlimlərdən ağlagəlməz proqnoz: Yerin fırlanması yavaşlayır, sutka 25 saat olacaq
Alimlərin proqnozlarına görə, Yerin fırlanma sürətinin tədricən azalması səbəbindən gələcəkdə sutkanın müddəti 25 saata qədər uzana bilər.