
Çində yığılmış yarım milyon "Toyota" geri çağırılacaq: Ciddi qüsur aşkarlandı
"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.
"Toyota" şirkəti Çində yığılmış 560 min avtomobili geri çağıracaq.
Gundem.today xəbər verir ki, araşdırma zamanı Çində "GAC Group" və "FAW Group" ilə birgə müəssisələrdə istehsal olunan avtomobillərdə arxa oturacaqlarla bağlı potensial təhlükəli qüsur aşkarlanıb.
Məlumata görə, oturacaqların tənzimləmə mexanizminin konstruksiyasındakı çatışmazlıq səbəbindən arxa oturacağın söykənəcəyi hissə düzgün sabitlənmir.
Bildirilib ki, mexanizmdəki geri qaytarıcı yayın həddindən artıq güclü olması oturacağın sabitliyini zəiflədir və bu da toqquşma zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.
Geri çağırılma kampaniyası Çin bazarında gələn ay başlayacaq. Kampaniya çərçivəsində 318 min "Toyota Highlander" və 242.2 min "Toyota Crown Kluger" modeli geri çağırılacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAvstraliyanın ən zəngin qadını sərvətinin bir hissəsini itirir
Avstraliyanın ən zəngin qadını Cina Raynhart sərvətinin bir hissəsi ilə vidalaşmalı olacaq.
DünyaKameron Diaz üzündəki qırışlara və xarici görünüşünə görə tənqid edilib - FOTO
Hollivud ulduzu Kameron Diaz üzündəki qırışlara görə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə tuş gəlib.
DünyaBerlində 13 yaşlı məktəbli tarixi xəzinə tapdı
Almaniyanın paytaxtı Berlində 13 yaşlı məktəbli tarlada eramızdan əvvəl III əsrə aid nadir qədim bürünc sikkə aşkar edib.
DünyaSəmada möhtəşəm şou: Beş planet bir xəttə düzüləcək
Günəş sisteminin beş planetinin səmada toplaşacağı növbəti böyük planetlər paradı 2040-cı il sentyabrın 8-də baş tutacaq.