
Kameron Diaz üzündəki qırışlara və xarici görünüşünə görə tənqid edilib - FOTO
Hollivud ulduzu Kameron Diaz üzündəki qırışlara görə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə tuş gəlib.
Hollivud ulduzu Kameron Diaz üzündəki qırışlara görə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə tuş gəlib.
Gundem.today xəbər verir ki, müvafiq kadrlar və onlara yazılan izleyici şərhləri "Daily Mail" nəşrində dərc olunub.
Paparatsilər 53 yaşlı aktrisanı Nyu-Yorkda "Yalan" ("Fake") adlı romantik komediyanın çəkilişləri zamanı lentə alıblar. Fotolarda Kameron Diazın qabarıq makiyajda olması və saçlarını səliqəsiz yığması diqqətdən yayınmayıb. Bəzi internet istifadəçiləri ulduzun xarici görünüşünü bəyənməyərək, onu yaşlı göründüyünə və qırışlarına görə qınayıblar.
Nəşrin oxucuları aktrisa barəsində: "Günəşdən qoruyucu kremlərdən istifadə edib sağlam qidalansaydı, yaşlandıqca daha yaxşı görünərdi", "İyrənc görünür, yazıq qız", "Bu kadrlardan sonra yəqin ki, dərhal plastik cərrahının yanına qaçacaq", "Öz yaşına görə çox pis görünür" kimi kəskin rəylər səsləndiriblər.
Xatırladaq ki, martın sonlarında Kameron Diazın "Ofis" serialının ulduzu Stiven Merçant ilə Nyu-York küçələrindəki çəkilişlərdən digər görüntüləri də yayılmışdı. Həmin vaxt aktrisa daha yüngül makiyajı və sadə geyim tərzi ilə obyektivlərə tuş gəlmişdi.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKüveyt hava məkanı ilə bağlı qərar
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.
DünyaTrampın arzusu reallaşır: Ağ Evdə milyonlarla dollarlıq yeni zal inşa ediləcək
ABŞ-nin Apellyasiya Məhkəməsi Prezident Donald Tramp administrasiyasının Ağ Evin uçurulmuş Şərq qanadının yerində 400 milyon dollarlıq bal zalının inşasını davam etdirməsinə icazə verib.
DünyaHörmüz boğazı ilə bağlı sevinc uzun çəkmədi
İran Silahlı Qüvvələri Hörmüz boğazı üzərində nəzarəti yenidən bərpa edib.
DünyaABŞ Federal Təhqiqat Bürosunun rəhbəri haqqında sensasiyalı ittiham yayan nəşr məhkəməyə verilir
ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) rəhbəri Keş Patel "The Atlantic" jurnalını məhkəməyə verəcəyini açıqlayıb.