
Süni parçalar immun sistemini poza bilər
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
Süni materiallardan hazırlanan geyimlərdən ayrılan mikroplastiklər nəfəs aldığımız hava, içdiyimiz su və qidalar vasitəsilə insan orqanizminə daxil ola bilir.
Gundem.today xəbər verir ki, tibb mütəxəssisi Olqa Ulankina "İzvestiya" nəşrinə müsahibəsində bu problemin gizli təhlükələrindən danışıb.
Ekspertin bildirdiyinə görə, mikroplastiklər süni parçaların aşınması nəticəsində yaranan və ölçüsü 5 millimetrdən kiçik olan plastik zərrəciklərdir. Bu zərrəciklər bədənə ən çox tənəffüs yolu ilə daxil olsa da, qidaların üzərinə çökərək həzm sisteminə də keçə bilir.
"Mikroplastiklərin ən böyük mənbələrindən biri flis (fleece) materialından hazırlanan sviterlərdir. Tamamilə süni və poliester tərkibli olan bu parçadan, xüsusən də yuyulma zamanı gözlə görülməyən mikroskopik tellər qoparaq suya və havaya qarışır", - deyə mütəxəssis vurğulayıb.
Ekspert qeyd edib ki, mikroplastiklərə təkcə flisdə deyil, həmçinin neylon, elastan, akril və poliester tərkibli idman geyimlərində və ev tekstili məhsullarında da rast gəlinir. Onun sözlərinə görə, mikroplastiklərlə təması tamamilə kəsmək mümkün olmasa da, zərərin dərəcəsini azaltmaq olar:
"Mikroplastiklər hüceyrələri zədələyə, iltihab yarada və immun sisteminin işini poza bilər. Lakin onların konkret xəstəliklər yaratması barədə dəqiq sübutlar hələ tapılmayıb, bu mövzu hazırda tədqiqat mərhələsindədir".
O.Ulankina süni tərkibli paltarları daha az yumağı, paltaryuyan maşınlarda həssas rejimlərdən və xüsusi filtrlərdən istifadə etməyi, habelə imkan daxilində təbii materiallardan (pambıq, kətan və s.) tikilmiş geyimlərə üstünlük verməyi məsləhət görüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Maraqlıİtlərlə meditasiya: Fiziki və emosional rahatlığın müasir yolu - FOTOREPORTAJ
Son illər dünyada populyarlaşan itlərlə meditasiya klassik məşqlərdən fərqli olaraq fiziki hərəkətlərlə yanaşı emosional rahatlığı da ön plana çıxarır.
MaraqlıÇexiyada qızıl xəzinəsi tapan turistlərə fantastik mükafat veriləcək
Çexiyada qızıl sikkələr və qiymətli əşyalardan ibarət xəzinə tapan iki turist təxminən 480 min avro məbləğində mükafat alacaq.
MaraqlıKüçədən xilas edilən 160 pişiyin pənah yeri - Sığınacaqdan FOTOREPORTAJ
2024-cü ildə fəaliyyətə başlayan bu sığınacaq cəmi üç küçə pişiyi ilə qurulub.
MaraqlıSovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ
Zəngin memarlıq üslubuna malik olan Quba şəhərindəki Cümə məscidinin tikintisi 1802-ci ildə ilə başa çatdırılıb.