
Diyetoloqdan xəbərdarlıq: "Reklamlara aldanmayın" - Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı - VİDEO
Arıqlamaq istəyi son illərdə bir çox insan üçün həyat tərzinə çevrilib.
Arıqlamaq istəyi son illərdə bir çox insan üçün həyat tərzinə çevrilib.
Bu məqsədlə sürətli nəticə vəd edən arıqladıcı çay və kofelərə maraq da xeyli artıb. Sosial şəbəkələrdə geniş təbliğ olunan bu məhsullar asan çıxış yolu kimi təqdim olunsa da, onların təhlükəsizliyi və nəzarəti ilə bağlı suallar açıq qalır.
Bir çoxları bu vasitələrə ümid etsələr də, mütəxəssislər onların hər zaman gözlənilən nəticəni vermədiyini bildirirlər. İstehlakçılar da deyirlər ki, çox vaxt reklamların təsiri ilə seçim edirlər, lakin nəticədə istədikləri effekti əldə etmirlər.
Gundem.today xəbər verir ki, bu barədə İTV-nin videomaterialında deyilir.
Diyetoloq Tutu Zeynalova bildirib ki, arıqlamaq üçün düzgün qidalanma və müntəzəm hərəkət daha effektiv yoldur. Qısa müddətdə nəticə verən üsullara güvənmək isə sağlamlıq üçün risk yarada bilər.
"Bu çayların istifadəsində və satışında məqsəd artıq çəki ilə üzləşən insanın psixoloji vəziyyətinə təsir etmək, onlara qısa müddətdə böyük nəticələr vəd verməkdir ki, bu da reallıqla heç də uyğun gəlmir. Çünki bu çayların və kofelərin təsiri nəyə bağlıdır? İlk növbədə bədəndən atılan suyun hesabına biz ilk günlərdə çəkimizin azaldığını görürük. Yəni əslində bədən susuzlaşır, dehidrasiyaya məruz qalır", - deyə o vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBoşanma zamanı sənədsiz evdən tərəfə pay düşür - Qanun nə deyir? - VİDEO
Boşanma zamanı tərəflər arasında ən mübahisəli mövzulardan biri də əmlakın bölüşdürülməsidir. Mənzil bölgüsü Ailə Məcəlləsi ilə tənzimlənir və əsas prinsip ər-arvadın ümumi birgə mülkiyyəti anlayışına əsaslanır. Əgər ev nikah bağlandıqdan sonra, birgə yaşayış dövründə alınıbsa, o, ər-arvadın ümumi mülkiyyəti sayılır və boşanma zamanı yarıbayarı bölünür.
CəmiyyətPaytaxt sakinlərinə sevindirici xəbər - VİDEO
Bakı şəhərində abadlıq-quruculuq işlərinin aparılması davam edir.
CəmiyyətBakıda faciəli durum: Yeddi nəfərlik ailə zirzəmilərdə gecələyir - VİDEO
Bir ailənin 7 üzvü evsiz qalıb. Nə kirayə pulu ödənilir, nə də kompensasiya verilir...
CəmiyyətXətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO
Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.