
Eldar Əzizov MÜŞAVİRƏ KEÇİRDİ: Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıqlar verildi
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bu barədə Gundem.today-a icra hakimiyyətindən bildirilib.
Vurğulanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə keçirilən müşavirədə üç gün ərzində yağan şiddətli yağışların fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlər, fəaliyyətin daha da gücləndirilməsi, su basmış həyət və fərdi evlərlə bağlı operativ tədbirlərin görülməsi məsələləri müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Yağışın fəsadlarının aradan qaldırılması ilə bağlı Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət hesab edilib, eyni zamanda bəzi rayonlarda yağışla bağlı tədbirlərin zəif aparıldığı qeyd edilib. Aparılan monitorinqlərin nəticələri kimi, yağışdan ən çox zərər çəkən tikililərin vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib və ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında rayon icra hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirilib.
Müşavirədə martın 30-da paytaxtda təmizliklə bağlı genişmiqyaslı ümumşəhər daxili iməciliyin keçirilməsi qərara alınıb.
Toplantıda yağışın fəsadlarının aradan qaldırılması işlərində şəhərin kommunal-təsərrüfat qurumları, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdirəlayiq hesab edilib və bu işlərin daha da genişləndirilməsi qərara alınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətEkspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Son zamanlar piyadaların yüksəksürətli yollardan keçərək sürücülərə çətin anlar yaşatması və bəzən qəzalara səbəb olması halları ilə tez-tez qarşılaşırıq.
Cəmiyyət"Anamı harada itirdiyimi bilmirəm" - Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI - VİDEO
2025-ci ilin noyabr ayında paytaxtın Yasamal rayonunda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin anası Mayquba Hümbətova Baku TV-nin "Arzunun vaxtı" verilişində qızı barədə xatirələrini bölüşüb.
CəmiyyətQara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq - VİDEO
Baku TV-nin "Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Bəhruz Nuriyev küçəsində, Heydər Əliyev parkı ətrafında yol hərəkətinin təşkili ilə bağlı mövcud problemlər və onların alternativ həlli yollarından bəhs edilib.
CəmiyyətQərbi azərbaycanlıların qayıdış hüququna həsr olunmuş konfrans keçirilib
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Davamlı sülh və qaçqınların qayıdış hüququ: Beynəlxalq hüququn rolu" mövzusunda beynəlxalq hibrid konfrans keçirilib.