
İçərişəhərdə qala divarlarında aşınma təkrarlana bilər - RƏSMİ
Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Bakının Kiçik Qala küçəsində yerləşən İçərişəhər qala divarında baş verən aşınma ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.
Gundem.today xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) məlumatında bildirilib.
"Atelier Erich Pumer" bərpa şirkətinin meneceri Çingiz Neymanzadə qeyd edib ki, İçərişəhər Qala divarları 8 il ərzində bərpa olunub və bu prosesdə müxtəlif üsullardan, eləcə də fərqli daş materiallarından istifadə edilib.
Onun sözlərinə görə, divarın strukturunda bəzi hissələrdə xarici, daxili və orta qatlar arasında əlaqə zəifdir: "Bu qatlar arasında bağlantının olmaması gələcəkdə belə halların təkrarlanmasına səbəb ola bilər".
Ç.Neymanzadə qeyd edib ki, hazırda xüsusi proqram əsasında işlər aparılır, dövlət bu məsələyə ciddi əhəmiyyət verir və qala divarları mərhələli şəkildə bərpa olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətKeçmiş ədliyyə naziri vəfat edib - FOTO
Keçmiş ədliyyə naziri Südabə Həsənova 79 yaşında vəfat edib.
CəmiyyətUşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumunun qrantçıları müəyyənləşdi
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.
CəmiyyətXocalıda hər iki valideynini itirən Nigar 39 yaşında vəfat etdi
Xocalıda hər iki valideynini itirən 25 nəfərdən biri olan Nigar Qəhrəmanova 39 yaşında dünyasını dəyişib.
Cəmiyyətİdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.