
Komando bölmələrimiz Türkiyədə - FOTO - VİDEO
Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Türkiyə Respublikasında Azərbaycan Ordusunun hərbi qulluqçularının da iştirakı ilə keçirilən "EFES - 2026" çoxmillətli təlimin hazırlıq məşqləri uğurla davam edir.
Gundem.today xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimin planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif döyüş ssenariləri üzrə praktiki tapşırıqları icra edirlər.
Müasir döyüş aparma üsullarına uyğun olaraq, təlim qrupları yaşayış məntəqələrində şərti düşmənin hücum və təxribatlarının qarşısının alınması, obyektlərin mühafizəsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilərək təxliyə olunması, eləcə də tunel, bunker və mağaralarda döyüşün aparılması üzrə tapşırıqları yerinə yetirirlər.
Təlimdə şərti düşmənin ağır texnikasının və canlı qüvvəsinin məhv edilməsi məqsədilə top və minaatanlardan, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilir.
Hərbi qulluqçularımız (Komando bölmələri) qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdiriblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
OrduAzərbaycanın hərbi pilotları yeni silah sistemləri ilə tanış olublar - FOTO
Mayın 2-də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi başa çatıb.
OrduMəşhur general professor oldu
Azərbaycan Ordusunun generalına yeni elmi ad verilib.
OrduAzərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər
Azərbaycanda hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər.
Ordu"TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir - VİDEO
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində keçirilən "TurAz Qartalı - 2026" birgə taktiki-uçuş təlimi davam edir.